AŞPA-nın payız sessiyası başlayır

AŞPA-nın payız sessiyası başlayır

Müəllif: Manager

Baş Redaktor

images (5)Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Oktyabrın 3-dək davam edəcək sessiyanın ilk günü qurumun prezidenti bəyanatla çıxış edəcək, daha sonra bir sıra komitələrin tərkibində dəyişikliklər ediləcək.

Büro və Daimi Komitənin tərəqqi hesabatı, Türkiyədə keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat təqdim ediləcək.

Sessiyanın ilk günü həmçinin Ukraynadakı böhran, İŞİD-in yaratdığı təhlükələr müzakirə ediləcək.

Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək, daha sonra iştirakçıların suallarını cavablandıracaq.

Payız sessiyasında həmçinin Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Vatslav Havel İnsan Hüquqları Mükafatı təsis olunacaq, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri açıqlanacaq.

Qeyd edək ki, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər. (gun.az)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti