www.sinerjipro.net

SinerjiProWide
Reklam

f-1.az_2016-11-09_04-14-32Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Moskvada bu günlərdə keçiriləcək Russian Motorsport Forum tədbiri çərçivəsində AUTOSPORT.com.ru saytına geniş müsahibə verərək Bakıda baş tutmuş Avropa Qran Prisinə yekun vurmaqla gələcək planlardan danışıb. Yenicag.az həmin müsahibəni diqqətinizə çatdırır.

2016-cı ildə Fernando Alonso Avropa Qran Prisinin səfiri idi. Bəs 2017-ci ildə reklam kampaniyası çərçivəsində onun iştirakı ilə hər hansı bir tədbir planlaşdırılırmı?

Arif Rəhimov: Hələ yox, biz hələ səfirlərlə işləməyə başlamamışıq. Hazırda biz bu məsələləri müzakirə edirik. Çox güman ki, tezliklə bu barədə məlumat verəcəyik. Amma hələlik bu istiqamətdə heç bir iş görülməyib.

Deməli, Fernandonun əvəzlənməsi mümkündür?

Arif Rəhimov: Biz onu 2016-cı ilin yarışı üçün seçmişdik. 2017-ci ilə gəlincə, onunla hələ danışıqlara başlamamışıq.

Bu il onunla əməkdaşlıqdan nə dərəcədə razı qaldınız?

Arif Rəhimov: O, bizə çox kömək etdi. Onun böyük azarkeş ordusu var, öz azarkeşlərini bizim yarışa cəlb edə bilmişdi. Fernando böyük iş görmüşdü.

Bəlkə İspaniyadan gələn azarkeşlərin sayı barədə hər hansı bir məlumat var?

Arif Rəhimov: Xeyr, dəqiq deyə bilməyəcəm.

Geridə qalan Qran Prinin rəqəmlərindən danışsaq, konkret deyə bilərsiniz nə qədər turist gəlmişdi və Rusiyadan nə qədər azarkeş gəlmişdi?

Arif Rəhimov: On mindən çox turist gəlmişdi, Rusiyadan təxminən iki min adam gəlmişdi.

Marketinq kampaniyanız gələn il əsasən hansı bazarlara üz tutacaq?

Arif Rəhimov: Əsas diqqəti biz yenə də Russiyaya yönəldəcəyik. Biz istəyirik ki, rusiyalı tamaşaçı bizim yarış barədə maksimum çox eşitsin və yarışa bilet alsın. Amma biz Qərbi Avropanı və Qazaxıstan, Gürcüstan kimi yaxın ölkələri də unutmuruq. Yaxın Şərqi də yavaş-yavaş fəth edirik.

Bu il konsert proqramınıza dünya miqyaslı ulduzlar dəvət olunmuşdular. Amma günlərin birində insanlar ulduzu çox gözləməli oldular və onların yarısı getdi. Bəlkə bu il daha az tanınmış ulduzları dəvət edəsiniz?

Arif Rəhimov: Prinsipcə, ulduzlar bütün konsertlərinə gecikirlər, bu onların xasiyyətidir. Amma bizdə ümumən hər şey normal oldu, yalnız birinci konsert saat yarım ləngimişdi. Biz həmin vaxt ərzində heç kimi darıxmağa qoymadıq, kiminsə yarımçıq getməsini də görmədim.

Mənə elə gəlir ki, konsertlərin effekti mükəmməl idi. Formula1-i tanımayan insanları Qran Priyə gətirməyin ən yaxşı yolu bu konsertlər oldu. Bu konsertlərlə biz onlarda Formula1-ə maraq oyada bildik, çünki konsertə bilet almaqla onlar yarışa gəldilər və başa düşdülər ki, yarış çox maraqlıdır.

Azərbaycanın biznes cəmiyyətləri ikinci Qran Priyə hazırlıq çərçivəsində necə davranırlar. Siz ilk yarışınızı, məhsulunuzu bazarda tanıda bildinizmi?

Arif Rəhimov: Əlbəttə, tam 100%. Biznes cəmiyyətlər, xüsusən də otel və restoranlar yarışın keçirilməsindən uğur qazandılar. Onlar başa düşdülər ki, yarış ərəfəsində gəlirləri artdı. Onlar çox sevindilər və indidən bizimlə işləmək, davam etmək istədiklərini bildiriblər.

Sponsorlara gəlincə, Qran Prinin hələlik yeni tərəfdaşı yoxdur. Düzdür, Qran Pri onlar üçün maraqlı bazardır, onlar belə bir yarışda iştirakın nüfuzunu başa düşürlər. Ümid edirəm ki, yaxın zamanda biz sponsorların cəlb olunmasında da nəticə əldə edəcəyik.

Neftçilər prospektində Formula1-in asfaltı qalırmı? Və yerli sakinlər indi orada yarışırlar?

Arif Rəhimov: Əla, layiqli asfalt var orada və növbəti yarışı gözləyir!

Yəni yarışdan sonra qalan asfaltdır?

Arif Rəhimov: Bəli.

Yerli “sürücüləri” qızışdırır?

Arif Rəhimov: Xeyr, insanlar başa düşürlər ki, kameralar var, yol hərəkəti qaydaları var və onları pozmaq olmaz.

Avropa Qran Prisi adının Azərbaycan Qran Prisinə dəyişdirilməsi sponsor axtarışı ilə bağlı deyil?

Arif Rəhimov: Mən deməzdim ki, yarışın adının dəyişdirilməsi potensial sponsorların qərarına təsir edəcək. Düzünü deyim ki, bu, bizim qərardır və yarışın təbliğinə kömək məqsədi daşıyır. İndi xarici turistlər daha aydın başa düşəcəklər ki, hansı ölkəyə gəliblər. Sponsorluğa gəlincə, mən əmin deyiləm ki, qərarın qəbul edilməsi üçün bu, həlledici faktor olacaq.

Bakıda ilk Qran Prinin şərəfinə poçt markaları da buraxılmışdı, yenə də buna bənzər nəsə planlaşdırılırmı?

Arif Rəhimov: Bu, dövlət təşkilatının təşəbbüsü idi, digər şəxsi böyük müəssisələr də ölkəmizdə belə bir böyük yarışa cəlb olunmağa maraqlıdırlar. Əlbəttə, bu təşəbbüslər bizə çox xoşdur. Ümid edirəm ki, gələn il yeni təşkilatlar da bu təşəbbüsə qoşulacaqlar və bu yolla yarışımızı təbliğ edəcəklər.

Son sual: gələcəkdə yarış tarixinin Le Manın 24 saatlıq əfsanəvi marafonu ilə üst-üstə düşməsindən qaçmaq mümkündürmü? Çünki çoxları üçün, elə sizin üçün də bu hal böyük minusdur…

Arif Rəhimov: Əlbəttə, bu hal arzuolunmazdır. Hazırda biz tarixin dəyişdirilməsi üçün danışıqlar aparırıq. Amma hələlik deyə bilmərəm ki, hər şey bizim istədiyimiz kimi olacaq və əgər dəyişərsə, onda nə vaxt olacaq. Formula1-in təqvimi çox mürəkkəbdir – səkkiz ay ərzində 21 yarış, çox gərgin və sıx qrafikdir. Ona görə də təqvimi çox yaxşı öyrənmək lazımdır ki, bizim yarış üçün başqa bir tarix tapmaq mümkün olsun.

Ümid edirəm ki, biz daha münasib tarix tapa biləcəyik. Yeni tarixi biz tezliklə biləcəyik – təxminən bir aydan sonra, dekabrın ilk həftəsində FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn ilin təqvimini təsdiq edəcək, bundan sonra hər şey dəqiq bəlli olacaq. Hələlik isə biz danışıqlar aparırıq ki, tarixi dəyişək.

Yəni, nəzəri cəhətdən, təqvimin ilkin versiyasında göstərilən tarix dəyişdirilə bilər?

Arif Rəhimov: Nəzəri cəhətdən – bəli!(f-1.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 271
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."