A.Rəhimov: “Yarış günləri Bakıda elə də isti olmayacaq…”

Müəllif: Redaktor

Editor

rahimov-04Gələn il ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin promouteri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov Championat.Com resursunun müxbiri Svetlana Ameliçkinanın suallarını cavablandırıb… A.Rəhimov ehtimal edir ki, iyun ayının 17-dən 19-dək baş tutacaq Bakı yarışı günlərində havanın hərarəti elə də isti olmayacaq. “Formula1 Azərbaycanda” (www.F-1.az) saytı həmin müsahibəni nəzərinizə çatdırır…

Arif Rəhimov: “Formula1-in Bakı mərhələsinin yayda keçirilməsi bir neçə səbəb üzündən bizi tam qane edir. Birincisi, yayda Bakıda ən əlverişli hava şəraiti olur, ikincisi isə, bu günlər ezamiyyət və məktəb tətillərinə təsadüf edəcək. Bakı – ailə və dotslarınızla yay tətilini keçirməyə əla yerdir. Bakıda və Abşeron yarımadasında iyun ayında mülayim hava olur. Bu günlərdə istilik hələ ən yüksək həddinə çatmır, ona görə də biz çox isti hava gözləmirik. Orta aylıq temperatur adətən 30 dərəcəni aşmır. Həm də biz bəzi tribunalara talvar quraşdıracayıq.”

A.Rəhimov yerli təşkilatçıların Rusiya Qran Prisi ilə tamaşaçı uğrunda mübarizə aparmayacaqlarına da əmindir…

Arif Rəhimov: “Biz hesab edirik ki, iki Formula1 mərhələsinin yaxın regionlarda keçirilməsi avtoidmanın inkişafına ciddi təkan verəcək. Hətta bu iki yarışın region auditoriyası eyni olsa belə, bu o demək deyil ki, biz bir-birimizdən tamaşaçı oğurlamalıyıq. Əksinə, biz “Soçi Avtodromu” şirkəti ilə bu idman növünə olan marağı və ehtirası elə inkişaf etdirmək istəyirik ki, ətraf regionların tamaşaçılarında hər iki yarışa baş çəkmək arzusu baş qaldırsın.

Biz milli mərhələmizin həm ölkəmizdə, həm də xaricdə təbliğatı üzərində aktiv işləyirik. Biz güman edirik ki, yarışa biletlərin yarısı məhz xaricdə satılacaq…”(F-1.az)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir