!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"AAAF Park”ın rəhbərindən Zakir Fərəcova şok ittihamlar: "Moşennik kimi..."

!Reklam – Yazi

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova qarşı şok ittihamlar irəli sürüb.

Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi “facebook” hesabında paylaşım edib.

Statusu ixtisarlarla təqdim edirik:

“Əvvəlcə “AAAF Park”da gözləri ola bilən adamları tapmaq üçün 20 illik topladığım arxivə nəzər saldım. Bu gün 3 adamdan şübhələnirəm və inanıram ki, bu işin arxasından onlardan biri çıxacaq. İlk şübhələndiyim şəxs sənədlərimizdə və AAAF yazısının üzərində qeyd olunan “Mülk Allaha məxsusdur” sözünün yazılmasının səbəbkarı, Abşeron rayonunun keçmiş başçısı hörmətli Zakir müəllimdir. Mənim idmandan uzaqlaşıb, biznesə başlamağımın səbəbi Vahid Nəzərov olubsa, belə böyük layihələr qurmağımın da səbəbkarı Zakir müəllim olub.

2001- ci ildə Xırdalanda AAAF- ın ilk zalını başlamışdıq. Abşeron rayon icra hakimi Mirzə Novruzov bizə 26-cı məhəllədə ağır atletika zalı, obyektlər və həyət evləri tikintisi üçün torpaq sahəsi ayırmışdı.

Tez bir zamanda bu torpaq sahəsində gözəl iş qura bildim. Zalımız, obyektlərimiz yaxşı pul qazanır, satış üçün tikdiyimiz evlər üçün növbə olurdu. Aylıq gəlirim 50 000 manatı keçmək üzrə olan vaxtı Zakir Fərəcov Abşeron rayonuna icra başçısı təyin olundu. İlk olaraq, bizim evləri dayandırdı, iki ay sonra icazə verdiyi evləri sökdürməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, şöbədə xeyli saxladı. İdmançı olmağım meni xilas etdi həmin vaxt. Prezidentə müraciət yazdım, surətini başçıya verdim. Açığı, prezidentə göndərməyi özümə sığışdırmadım. Qorxutmaq üçün belə etdim. 300 000 manat ziyana düşdüm. Ən çətini sakinlərə çıxarış verə bilməməyim oldu.
“AAAF Park” layihəsinə başlayanda fikirləşdim ki, bu, kiçik evlər deyil. Obyekti əlimdən almaq istəyəcəklər. Bilirdim çox çətin olacaq, ona görə bu Quran ayəsini reklam kimi böyük ölçüdə parkın hər yerinə vurdum və niyyət etdim ki, burada hər şey Allah rızası və ağır atletikanın inkişafı üçün olacaq.

Sərəncam almağa gedəndə, Zakir müəllim əsəbiləşmişdi ki, mən oranı cənab prezidentə demişdim, bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım. Aramız yaxşı idi, dedim müəllim başqası almayıb ki, mən almışam, narahat olmayın. Əslində gec bildim ki , Beynəlxalq Bankın əlindən almaq istəyirmiş bu obyekti. Yoxsa həqiqətən bu işə girişməzdim. Bir də baxdım ki, bu adam bu qədər bunun üçün iş gördüyüm halda “Sevil Massivi” ilə birgə mənim də “torbamı tikib”.

Məni ləkələmək üçün hər yola əl atdılar. Özləri problem yaradıb, “moşennik” kimi bizləri qələmə verməyə çalışırlar. Şərəfsizlərin dərsini tək verən insanam. Çox istəyiblər ki, qaçam Azərbaycandan, amma bunu görməyəcəklər. Və bu gün bilirəm ki, respublikanı biz düzəltməsək, gələcək nəsillər bizi bağışlamayacaq.

www.yenicag.az

10487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv