Abbas Bağırov: “Qoy tamaşaçı desin ki, sən kimsən…”

Müəllif: Redaktor

Editor

abbasBu gün sənətə yeni gələnlərin “mənəm-mənəmlik” iddiası şou-biznesdə öz sözünü demiş müğənniləri daha çox qəzəbləndirir.

“Burada mənəm, Bağdadda kor xəlifə” deyən gənclər hələ heç bir iş görmədən özlərini ulduz hesab edir, bir ara mahnısı oxumaqla sənətkar olduqlarını düşünürlər. Bu gün şou-biznesdə bu cür dırnaqarası səs sahiblərinin at oynatması meydanın boşluğundanmı irəli gəlir?

Yenicağ.Az-ın suallarını cavablandıran müğənni Abbas Bağırov olduqca maraqlı məqamlara toxunur:

“Əslində, meydan boş deyil. Sadəcə, indiki cavanlar daha çox iddialıdırlar və elə bilirlər ki, bir mahnı oxumaqla, bunlar toylar şahzadəsinə çevriləcəklər. Amma əsl sənət sahibi olmaq üçün illərin zəhmətinin lazım olduğunu bilmirlər. Anlamırlar ki, “sənətdə olmaq sənətdə qalmaq” demək deyil. Bunun üçün çox iş görmək lazımdır. Və sən özün barədə nə deyirsən de, əsas odur ki, sənin qiymətini xalq versin.”

Bəs görən illərini Azərbaycan musiqi sənətinə vermiş Abbas Bağırov bu gün nə işlə məşğuldur?

“Abbas Bağırov heç vaxt boş durmayıb. Bu il də bir çox yeni mahnılar oldu. Ötən ildən bu yana ancaq şanson janrında mahnılar ifa edirəm. Və görürəm ki, xalq bu mahnıları çox bəyənir. Hazırda “Leyli və Məcnun” adlı mahnı üzərində işləyirəm. Tofiq Quliyevin “Nargilə” adlı nəğməsini də lentə almışam. Köhnə Bakımıza həsr olunan bir sıra mahnılar yazdırmışam. İlk olaraq sizə bildirim ki, inşallah, 2017-ci ilin yanvar ayında yeni mahnılardan ibarət daha bir albomum dinləyicilərin ixtiyarına veriləcək”.

Zakirə Zakirqızı
Yenicağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır