www.sinerjipro.net

SinerjiProWide
Reklam

21212Millixeber.com saytı Abbas Abbasov, Dağıstan prezidenti R.Abdulatipov və Aslanovlar ailəsin barədə sensasion məqalə yayımlayıb. Yenicag.az “Abdulatipov Abbas Abbasovu iflasdan qurtara biləcəkmi? – ŞOK FAKTLAR” adlı həmin yazının maraqlı ola biləcəyini nəzərə alaraq, onu olduğu kimi təqdim edir:

millixeber_12919cxc0“Aldığımız məlumata görə, son zamanlar baş nazirin keçmiş birinci müavini, Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – AzerRos təşkilatının Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyada ciddi problemlər yaşayır. “Milyarderlər İttifaqı” layihəsinin, yəni Abbas Abbasov başda olmaqla bir qrup imkanlı azərbaycanlının əli ilə Azərbaycanda hakimiyyət dəyişikliyi ssenarisinin iflasından sonrakı dövrdə Azərbaycan və Rusiya hakimiyyətləri arasında münasibətlərin normallaşması rəsmi Moskva üçün Abbasovun xidmətlərini əhəmiyyətsiz edib. Üstəlik, keçmiş baş nazirin müavininə kart-blanş verilməsinin Azərbaycanda ciddi etiraz doğurmasını, habelə Rusiyanın Azərbaycanla bağlı siyasətində Abbasovun bir faktor kimi mövcudluğunun ikitərəfli münasibətlərə mənfi təsir göstərməsini də Moskvada yaxşı anlayırlar. Bütün bunlar son nəticədə Rusiyanın hakimiyyət dairələrinin A.Abbasovu özündən kənarlaşdırmasının mühüm səbəblərdir.

Rusiya hakimiyyətinə yaxın mənbədən millixeber.com-a verilən məlumata görə, A.Abbasovun məsələsi iki ölkə rəsmiləri arasında görüşlərdə dəfələrlə müzakirə olunub və sonda Azərbaycan tərəfini qane edə biləcək nəticə əldə edilib: “AzerRos ətrafında baş verən son hadisələr də göstərir ki, Rusiyanın hakimiyyət dairələri artıq A.Abbasovu müdafiə etməyə meylli görünmürlər. Fevralın 20-də qurultay adı ilə keçirilmiş tədbirdə azərbaycanlıların faktiki olaraq iştirak etməməsi, qurumun keçmiş rəhbəri Söyün Sadıqovun A.Abbasova qaqrşı ardıcıl hücumları, hətta Azərbaycanın Rusiyadakı səfirliyinin açıq şəkildə bu işə qarışaraq Abbasovun təşkilatdakı dayaqlarının dağıdılmasına hərtərəfli dəstək verməsi və buna rəğmən yerli hakimiyyət orqanlarının fəliyyətsizliyi və susqunluğu mısələnin nə yerdə olduğunu göstərir”.

Mənbə onu da bildirir ki, son günlər A.Abbasovun yaxın dostu, Dağıstan prezidenti Ramazan Abdulatipov bu problemi həll etmək, daha dəqiqi Abbasovu iflasdan qurtarmaq üçün ciddi çalışır. Hazırda Abdulatipovun həm Moskva, həm də Bakı ilə dil tapmağa çalışdığı bildirilir: “Hətta Vladimir Putinin dostu İlham Rəhimovu belə Moskvaya çağırıblar və onun əli ilə məsələləri yoluna qoymağa çalışırlar. Abdulatipov və Rəhimov bununla Abbasovun vaxtilə onlara göstərdiyi yaxşılıqların əvəzini çıxmağa çalışırlar. Bir müddət əvvəl Rusiyadakı səfir Polad Bülbüloğlunun 70 illik yubileyi ilə əlaqədar Dağıstanın “Əməkdar incəsənət xadimi” fəxri adını ona təqdim etmək adı altında Moskvadakı Azərbaycan səfirliyinə təşrif buyuran Abdulatipov, həm də səfiri Abbasovun məsələsini öz hakimiyyəti qarşısında qaldırmağa sövq etməyə çalışıb”.

44465_srccxcxvcvMəlumata görə, 2013-cü il prezident seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın təsis olunması, onun Milli Şura ilə əlaqələrinin yaradılması və “Milyarderlər İttifaqı”nın üzvü Rüstəm İbrahimbəyovu Milli Şuraya sədr gətirmək cəhdləri Rusiyanın hakim dairələrinin Azərbaycanda hakimiyyət çevrilişi ssenarisini reallaşdırmaq istədiyini göstərdi. Lakin bu, Moskvanın yeganə planı deyildi. Paralel olaraq Azərbaycan hakimiyyətinin daxilindən və hakimiyyətə yaxın siyasi qurumlardan istifadə olunurdu. Hakimiyyətə yaxın Demokratik Azərbaycan Dünyası Partiyasının ələ keçirilməsi, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın şəriki Fatma Əliyevanın partiya rəhbərliyinə gətirilməsi, Rəbiyyət xanımın İlham Rəhimovla izdivacı, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun birinci şəxsin yerinə namizədliyi üzərində gəlişmələr – bütün bunlar həmin planın tərkib hissəsi idi.
20150226_1357800995-221cxObyektivliyi şübhə doğurmayan mənbə bildirib ki, həmin dövrdə İlham Rəhimovun Ali Attestasiya Komissiyasına işə düzəlməsində Abbas Abbasovun birbaşa yardımı olub. Eyni zamanda, İlham Rəhimovla Abbas Abbasov həm də Ramazan Abdulatipovun Dağıstan prezidenti təyin edilməsində ciddi rol oynayıblar. Belə ki, Dağıstan Azərbaycanda hakimiyyət çevrilişinin reallaşdırılması üçün plasdarm rolunu oynamalı, bütün proseslər oradan idarə olunmalıydı. 2013-cü il yanvarın 27-də Rusiya KİV-ləri Ramazan Avdulatipovun Dağıstan prezidentinin səlahiyyətlərini icra etməsi ilə bağlı “əmr” imzalandığı barədə məlumat yaysalar da, elə həmin gün Rusiya prezidentinin mətbuat katibi bu informasiyanı təkzib etmişdi. O, bildirmişdi ki, Rusiya prezidentinin imzaladığı sənədlərin arasında “əmr” olmur. Ancaq yanvarın 28-də Kreml R.Abdulatipovun Dağıstan prezidentinin səlahiyyətlərini icra edən şəxs təyin olunduğuna dair Rusiya prezidentinin sərəncamını yaydı. 2013-cü ilin sentyabrında isə Abdulatipov Dağıstanın prezidenti seçildi.

Bütün cəhdlərə baxmayaraq, nə “Milyarderlər İttifaqı”-Milli Şura “izdivacı”nın məhsulu Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüldü, nə İlham Rəhimli-Rəbiyyət Aslanova izdivacının məhsulu olan DADP “ikinci hakimiyyət partiyasından” “birinci hakimiyyət partiyasına” çevrildi, nə də Elnur Aslanovun üzərində qurulmuş hakimiyyət planları baş tutdu.

aslanov-abbasov-1Bütün bunlara rəğmən, Azərbaycanda hakimiyyət çevrilişi ssenarisinin əsas icraçılarından olan Abbas Abbasovun həm Abdulatipov, həm də İlham Rəhimlinin üzərində böyük zəhməti var. Onların hər ikisinin A.Abbasovu xilas etmək cəhdləri də bu baxımdan başa düşüləndir. Görəsən dağıstanlı “inqilab ixracatçısı” və Putinin dostu artıq barəsində qərar verilmiş bu şəxsi siyasi proseslərin mərkəzinə qaytara biləcəklərmi?”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."