Abdulla Gül İlham Əliyevə başsağlığı verdi

Müəllif: Redaktor

Editor

4a6988228f1be05d533200bda5fa96e2Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Prezident, əziz qardaşım, dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi. Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır