www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün dostu Fehmi Koru sabiq dövlət başçısının referendumla bağlı mövqeyini açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Fehmi Koru özünün, Abdullah Gülün və prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Şükrü Karatepenin yer aldığı, “saqqallı üçlük” qeydi ilə sosial şəbəkədə yayılan fotoşəkillə bağlı diqqəti çəkən yazı paylaşıb.

Konstitusiya referendumunda “Xeyr” deyəcəyini açıqlayan Fehmi Koru bloqunda paylaşdığı yazısında həmin fotoşəklin daha əvvəl yayıldığını vurğulayaraq, Abdullah Gülün də referendumda “Xeyr” lehinə səs verəcəyini yazıb:

“Şükrü Karatepe hüquqşünasdır, siyasət elmləri professorudur və hazırda prezidentin müşaviri qismində Konstitusiya referendumu zərfini dəstəkləmək üçün hər axşam bir televiziya verilişindədir. Londonda da bizimlə birlikdə idi.

“Mal tapıb Məğribi” deyimini haqq edəcək qaydada sosial şəbəkədə dövriyyəyə buraxılan “saqqallı üçlük” fotoşəkli…
Mən “Artıq paylaşıram” dediyimdə prezident Abdullah Gül yenə məndən cəld tərpənib, şəkli onun haqqında əsər yazan Cerald Maklinə kitabında istifadə etməsi üçün verib.

Mənim əleyhinə olduğum Konstitusiya dəyişikliyini Şükrü Karatepe fəal şəkildə dəstəkləyir. Abdullah Gül isə səssizdir…

Abdullah Gül 2013-cü il fevralın 27-də CNN Türk-ün canlı yayımında Taha Akyolun Prezident üsul-idarəsi ilə bağlı suallarını cavablandırıb. Gül o verilişdə demokratik və inkişaf etmiş ölkələr arasında prezident və ya parlament üsul-idarəsinin olduğunu söyləmişdi.

“Burada mühüm amil hər iki sistemin də demokratik təməl prinsiplərini müdafiə edib-etməməsidir. Hər iki sistemin də özünəməxsus nöqsanları və üstünlükləri var. Bunları yaxşı təhlil etmək lazımdır.

İndi hansı prezident üsul-idarəsi nəzərdə tutulursa, onda da dediyimiz çatışmazlıqlar olmamalıdır. Mənim əsas deyəcəyim budur. O zaman başqa formada yenə demokratiya problemi ilə qarşılaşacağıq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."