!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdullah Gül ilk dəfə Gülənə "terror təşkilatının lideri" dedi

!Reklam – Yazi

FETÖ terror təşkilatının lideri Fətullah Gülən, ABŞ-ın radio kanalı NPR-də Robert Siqelə reportaj verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Gülən reportaj zamanı Türkiyənin sabiq prezidenti Abdullah Gülün və keçmiş baş naziri Əhməd Davudoğlunun onu ziyarət etdiyini bildirib. Abdullah Gül məsələ ilə bağlı açıqlama verib və vurğulayıb ki, vəzifədə olduğum müddətdə əsla bir görüşüm olmayıb.

Diqqətə çatdırmaq lazımdır ki, Gülən ilk dəfə olaraq bir reportajda onu ziyarət edənlər arasında Abdullah Gülün və Əhməd Davudoğlunun adını çəkib:

“Minlərlə insan ziyarət üçün buraya gəldi. Onların arasında 50 millət vəkili ilə yanaşı Abdullah Gül və Əhməd Davudoğlu da vardı.”

Abdullah Gül Gülənin bu sözlərinə cavab olaraq, məsələyə aydınlıq gətirib. Türkiyənin 11-ci prezidentinin rəsmi Twitter hesabında qeyd olunub:

“11-ci prezidentimiz cənab Abdullah Gülün haqqında bu gün media orqanında çıxan əsassız xəbərlərlə bağlı açıqlaması:

” İctimaiyyətin diqqətinə çatdırım ki, düşüncə, din və siyasət anlayışım etibarilə həyatımın heç bir dövründə yaxınlıq duymadığım bu terror təşkilatının lideri ilə  baş nazir, xarici işlər naziri və prezident olduğum vaxtda heç bir görüşüm olmayıb”.

Terror təşkilatının lideri Türkiyədə milyonlarla dəstəkçisinin olduğunu söyləyib, çevriliş cəhdinin məsuliyyətini isə həmişəki kimi boynundan atıb.

Yenicag.az

www.yenicag.az

935
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv