!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-a FETÖ ilə bağlı yeni dəlillər göndərildi

!Reklam – Yazi

Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən ABŞ-a Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin təhvil verilməsi ilə bağlı yeni dəlillər təqdim edilib.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl də terror təşkilatının rəhbəri ilə bağlı sənədlər göndərilib. FETÖ-nün “hava qüvvələri imamı” olduğu bilinən və axtarışda olan Adil Öksüzün 15 iyul hərbi çevrilişinə cəhddən öncə Amerikaya etdiyi səfərlərlə bağlı detallar ABŞ tərəfinə təqdim edilib. Bu dəlillər arasında Öksüzün həbs edilən Kemal Batmazla ABŞ-a hansı tarixlərdə getməsi və Türkiyəyə dönməsi, hətta təyyarədəki oturacağın nömrəsinə qədər məlumatlar yer alıb.

Digər tərəfdən Gülənin bir nömrəli müttəhim olması ilə bağlı İzmir prokurorluğu terror və mütəşəkkil cinayətlər bürosunun prokuroru Berkant Karakaya tərəfindən hazırlanan və İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilən iddihamnamə də ABŞ-a göndərilib.

İddihamnamədəki Öksüzün hərbi çevriliş planının Amerikada Gülən tərəfindən təsdiqlənməsi və onun əmri ilə həyata keçirildiyini özündə əks etdirən “Quzğun” və “Şapka” məxfi adı ilə qriflənmiş şahid ifadələri də göndərilən sənədlər içərisindədir.

Yeniçağ.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv