!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-a qarşı dayanan Rusiya və İran yox, məhz Türkiyədir” – Türkiyəli yazar

!Reklam – Yazi

Birləşmiş Ştatlar başda olmaqla, Qərbin Yaxın Şərq planlarını puça çıxaracaq yeganə dövlətin Türkiyə olduğu bildirilir.

Yeniçağ.Az xəbər verir ki, “Aydınlık” qəzetinin müəllifi Soner Polat “Karaçokun mənası” adlı məqaləsində ABŞ və Türkiyənin real müharibə vəziyyətində olduğunu yazıb.

Həmin məqaləni təqdim edirik:

ABŞ və Qərb imperializmi bir tamaşa səhnələşdirib. Qərbdə izlənmə səviyyəsi çox yüksək olan bu tamaşanın əsas mövzusu budur:

“PKK terrorçu təşkilatdır, ancaq onun Suriya qolu olan PYD azadlıq döyüşçüsüdür”. ABŞ-ın keçmiş prezidenti Barak Obama isə təəccüb doğuran replikaları ilə bu tamaşada bir aktyordan daha da irəli getdi: “PYD bizim qara gücümüzdür!”

Bu, elə bir məsələyə çevrildi ki, ABŞ-ın özündə də onunla bağlı müzakirələr səngimir. Hətta Senatda sualları cavablandıran sabiq müdafiə naziri Eşton Karter də “PKK ilə PYD-nin eyni olduğunu” etiraf etmək məcburiyyətində qaldı.

Son olaraq Yaxın Şərqdəki beynəlxalq hərbi koalisiyanın sözçüsü, mayor Con Dorrian qatıldığı telekonfransda bunları deyib:

“PKK-ya dəstəyimiz davam edəcək”. Vaşhinqtondakı jurnalistlər isə sanki dillərini udacaqdılar. Xanım jurnalist ona belə bir sual verdi: “PKK-mı dediniz?” Mayor Dorrian isə cavabında “yanlış anlaşıldığını” bildirsə də, salonda qopan gülüşmə hər şeyi açıq göstərirdi.

ABŞ-a atılan güllə

Türkiyə Silahlı Qüvvələri 2017-ci il aprelin 25-i gecə saat 02-00 – 03-10 aralığında 70 dəqiqə ərzində Sincar və Karaçokun altını üstünə çevirdi. Sincar vacib idi, ancaq nəticədə hədəfə alınan məhz PKK idi. Sözdə də olsa, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı hesab edir. Amma Karaçok çox fərqli idi. Hədəfə alınan PYD, başqa sözlə desək, ABŞ-ın “qara gücü” idi. Bir dövlət bir terror təşkilatını özünün “qara gücü” elan edibsə, ona silah, cəbbəxana, kəşfiyyat məlumatı, maaş və logistik dəstək də verir, onu öz “çətir”i altına alıb, qurudan və havadan atəş dəstəyini əsirgəmir.

Türkiyə Silahlı Qüvvələri bu əməliyyatda məhz ABŞ-ın “qara gücü”nü vurub. ABŞ-da qopan qiyamətin də səbəbi budur. ABŞ tankları öz tanklarının lülələrini məhz bu səbəbdən Türkiyəyə doğru çeviriblər. Ona görə də ABŞ belə təcili qaydada PYD-yə ağır silahlar göndərir. Rusiyadakı təlaş və narahatlığın da səbəbi budur. Eyni zamanda, İran da o üzdən orta mövqe tutub. Çünki Qərb imperializminin Yaxın Şərq üzrə planlarını poza biləcək tək ölkə güman edildiyi kimi, Rusiya və İran deyil, məhz Türkiyədir. Nə Rusiya, nə də İran ABŞ-a qarşı belə cəsarətli davranışı ağıllarının ucundan da keçirtmirlər. Bunun tarixi mənada bir pərdəarxası planı da var və o, millətlərin genetik kodunda gizlənir.

Bu davam edən isə Türkiyə-ABŞ müharibəsidir. Rusiya Türkiyə Silahlı Qüvvələrinin Karakoç əməliyyatından sonra verdiyi açıqlamada bu müharibədə tərəfsiz olduğunu bəyan edib. Hətta PYD-yə olan dərin məhəbbəti ilə ABŞ-a göz yummaqdadır. ABŞ-ın “dərin dövlət”i Tramp-Putin flirtini çoxdan kəsib, ancaq Rusiyanın “platonik sevgisi” keçməyib. Karaçok bu müharibənin mühüm döyüş səhnələrindən biri olub. Bu bölgədə Türkiyə və ABŞ hərbi qüvvələri doğrudan da qarşı-qarşıya gəliblər.

Heç kim anlamaq istəməsə də, bu müharibədə ABŞ-a güllə atan komandan ordu generalı Hulusi Akardır! Tək həqiqət budur ki, artıq bundan sonrası söz yox, işdir. İçində olduğumuz vəziyyət isə Türkiyənin silləsinə qarşı sərhədlərimiz boyunca ABŞ tanklarının düzülməsidir. Həmrəyliyimizə ehtiyac olan əsas meydan buradır. Bu həqiqəti unudaraq, 40 il əvvəl baş vermiş mübahisəni davam etdirənlər həyatdan da, reallıqdan da qoparlar, hisslərinin və ehtiraslarının əsirinə çevrilərlər. Ancaq nə qədər acınacaqlı olsa da həyat real məlumatlarla davam edər.

Vətən müharibəsi

Türkiyə imperialist mərkəzlərə qarşı ölüm-dirim mübarizəsi aparır. Bu müharibənin kənardan müşahidəsi həm Türkiyənin, həm də regionun taleyini dəyişəcək. Yalnız Türkiyənin müqavimət göstərəcəyi təqdirdə, imperialist ölkələr o savaşda məğlub ola bilərlər. Rusiya və İran bu müharibəyə təsir göstərə , ancaq onun nəticəsini dəyişə bilməzlər. Burada “Açar ölkə” Türkiyədir. Rusiya və İran bu çılpaq həqiqəti dərk etməsə, bunun zərərini görər.

Bu müharibədə AKP iqtidarının da, Rusiya, İran və Suriyanın da səhvləri olub. Lakin Türkiyə Silahlı Qüvvələri “Balyoz”a, “Ergenekon”a, xain FETÖ çevriliş cəhdinə, hərbi prinsiplərə zidd olan fərmanlara, siyasətçilərin səhvlərinə baxmayaraq, öz vəzifəsini nöqsansız yerinə yetirib. Amma tənqid olunmalı məqamlar tapıla bilər.

Ancaq səhvləri Vətən Müharibəsinə faydalı olmaq məqsədi ilə gündəmə gətirmək başqa məsələdir. AKP, prezident Ərdoğan və ordu generalı Hulusi Akara görə cəbhədən uzaqlaşmaq isə tam fərqli şeydir. Nəticədə, müharibə bütün şiddəti ilə bu iqtidar, bu prezident, bu Baş Qərargah ilə davam edər.

Bir təklifiniz varmı?

Yeniçağ.Az

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv