!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Astanaya nümayəndə heyəti göndərməkdən imtina etdi

!Reklam – Yazi

ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək.

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, “Reuters” məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.

Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq.

Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.

Yeniçağ.Az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv