!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ “Böyük oyun”dan çıxarılıb

!Reklam – Yazi

Amerika mətbuatı ölkənin Suriya böhranının nizamlanması prosesindən vurulub çıxarıldığı qənaətindədir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ nəşrləri sözügedən fövqəldövlətin Suriya məsələsinin tənzimlənməsi prosesində “baş rolda” olmadığını daha əminliklə yazırlar.

ABŞ Dövlət Departamenti isə Suriya böhranının həlli istiqamətində təşkil olunan toplantının onun iştirakı olmadan keçirilməsinə baxmayaraq, orada əldə olunan nəticəni müsbət qiymətləndirib. Bununla belə, ABŞ-ın bəzi rəsmiləri və ekspertlər bu yanaşma ilə razılaşmayaraq, vəziyyətin fərqli olduğunu düşünürlər.

Məsələyə münasibət bildirən Dövlət Departamentinin sözçüsü Con Kerbi qeyd edib ki, ABŞ-ın Suriya nizamlanmasına dair toplantıya qatılmaması onun prosesdən kənarlaşdırıldığı və Yaxın Şərqdə ABŞ-ın təsirinin azaldığı kimi başa düşülməməlidir:

“Dövlət Katibi Con Kerri bunu ABŞ-ın Suriya prosesindən kənarlaşdırılması kimi qiymətləndirmir. O, bunu Suriyada sabitliyin təmin olunmasına yönələn yeni təşəbbüs olaraq görür və bu məqsədə bağlı irəliləyişi məmnunluqla qarşılayır”.

Bununla belə, Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı, həm Demokrat, həm də Respublikaçılar dönəmində dövlət müşaviri olmuş Dennis Ross ABŞ-ın Yaxın Şərqdə “yersiz” vəziyyətə düşdüyünü deyib:
“Suriya müxalifəti bizimlə və Əsədlə dialoqa getmək üçün heç bir səbəb görmür. Rusiya və İran Hələb və Suriyanın digər şəhərlərinə etdikləri hücumların qisasını almaq üçün əlimizdən heç nə gəlmədiyini bilir. Rusiya Suriyada qüvvələr nisbətini öz xeyrinə dəyişdikdən sonra indi də sülh vasitəçiliyi funksiyasını üzərinə götürüb”.

Yeniçağ.Az

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv