www.sinerjipro.net

SinerjiProWide
Reklam

13101089_1248768301819774_1138898047_n-300x225Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov 23-30 aprel tarixlərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York və Nyu Cersi ştatlarında keçirilən beynəlxalq konfransda iştirak edir.

Gənc Diplomatlar Birliyinin mətbuat xidmətindən Aktor.az-a verilən məlumata görə, qondarma “erməni soyqrımı”na həsr olunmuş konfransa və digər görüşlərə qatılan baş katib eyni zamanda Amerikada fəaliyyət göstərən Azərbaycan və türk təşkilatları ilə görüşlər keçirib, diaspor sahəsində gələcəkdə həyata keçiriləcək layihələr haqqında fikir mübadiləsi aparıb.

“Amerikan Turkish Alliance”, Türk Amerikan Dərnəkləri Federasiyonu(TADF) və Amerika Giresunlular Dərnəyində qonaq olan baş katib dərnəyin idarə heyəti ilə görüşlərdə faktlarla qondarma “erməni soyqırımı” haqqında, ermənilərin Dağlıq Qarabağda, Xocalıda törətdikləri soqırımı cinayətləri barədə məlumat verib, İdarə heyətinin suallarını cavablandırıb, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıbdır.

Federasiyanın başqanı Atilla Pak, “American Turkish Cultural Alliance” başqanı Aysel Demirkan, Amerika Giresunlular Dərnəyinin başqanı İlhan Kodalak və digər şəxslər hər zaman Azərbaycanın yanında olduqlarını, Ermənistan müharibə edərsə, həm maddi, həm də mənəvi Azərbaycanın yanında olacaqlarını bildiriblər.

Qeyd edək ki, görüşlərin sonunda ABŞ-da fəaliyyət göstərən və 40-a yaxın təşkilatı özündə cəmləşdirən Federasiya adından Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını pisləyən, cəbhədə baş verən son vəziyyətlə bağlı birgə bəyanat səsləndirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 87
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."