ABŞ-da Güləni ifşa edən sənədli film çəkildi – “Təhsili öldürmək” – VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

abdnin_en_meshur_haber_sitesiFətullah Gülən Şəbəkəsi və məktəblərindəki qanunsuzluqlardan bəhs edən “Killing ED” sənədli filmi ABŞ kinoteatrlarında yayımlanmağa başlayıb.

Yenicag.az xəbər verir ki, Mark Hallın rejisoru olduğu və “Killing ED” yəni “Təhsili öldürmək” adlanan sənədli flim Camaatın ABŞ-dakı “çarter məktəbləri”ndəki qanunsuzluqlardan bəhs edir. Filmdə Gülənin ABŞ-da dəfələrlə yoxlamalar aparılan, Federal Təhqiqat Bürosu (FBI) tərəfindən basqın edilən məktəblərində pulların hansı yollarla Gülən Şəbəkəsinin inkişafına yönləndirildiyi əsas mövzudur.

Sənədli filmin Türkiyə ilə bağlı bölümündə isə ODATV saytının rəhbərləri Barış Pəhləvan və Barış Tərkoğlu danışır. İki jurnalist Camaatın məktəblərdən başqa polis, məhkəmə, hərbi gücü sayəsində Türkiyədə qurduğu oyunlardan bəhs edirlər. Gülənin dövləti ələ keçirmək üçün həyata keçirdiyi proyektləri və gizli məqsədlərini amerikalılara anladırlar.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır