!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da iğtişaşlar: 141 nəfər həbs olundu

!Reklam – Yazi

1477604285013northdakotaABŞ-ın Şimali Dakota ştatında etiraza qalxan sakinlərin düşərgələri polis tərəfindən dağıdılıb. Polis müqavimət göstərən 141 nəfər etirazçı həbs olunub.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə ştat şerifinin rəsmi nümayəndəsi Donella Haşki bildirib.

Hərbi maşın, xüsusi texnika və helikopterlərin iştırakı ilə keçirilən əməliyyat zamanı ştat ərazisində neft kəmərinin tikintisinə etiraz edən şəxslər həbs olunub. ABŞ polisi, əməliyyat zamanı gözyaşardıcı qaz və xüsusi güllələrdən istifadə edib.

Haşkinin sözlərinə görə, bir nəfər ayağından yaralanıb.

Yerli sakinlər və ekoloqlar artıq bir neçə aydır ki, bu ərazidən neft kəmərinin çəkilməsinə etiraz edirlər. Onlar iddia edirlər ki, neft kəməri yerli sui qəbiləsinin dini ayin və ştatın su təchizatına təhlükə törədir.

 

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv