ABŞ-da iğtişaşlar: 4 polis öldürüldü, 11-i yaralandı-Video(Yenilənib)

Müəllif: Redaktor

Editor

bas igtsasassABŞ-da təhlükəsizlik qüvvələri tərəfindən iki qara dərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı üç polis əməkdaşı güllələnib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən mitinq zamanı hündürlükdə yerləşən mövqedən 10 nəfər polis əməkdaşına snayperlə atəş açılıb. Nəticədə 3 polis əməkdaşı öldürülüb, 2 nəfər hazırda əməliyyat olunur və daha 3 nəfərin vəziyyəti ağırdır. Digər 2 polis isə yüngül yaralanıb.

***

Son məlumatlara görə, Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı ölüb, daha 11 nəfəri yaralanıb.

Atəş açan şəxslər hadisə yerini tərk ediblər. Polis rəisi Devid Braun bildirib ki, atəş iki silahlı tərəfindən açılıb. Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələyiblər.

Artıq hər iki şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.Onlardan biri özü polisə təslim olub, digəri isə xüsusi təyinatlılar tərəfindən saxlanılıb. ABŞ rəhbərliyi Dallas üzərindən aviauçuşların həyata keçirilməsini qadağa edib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır