www.sinerjipro.net

SinerjiProWide
Reklam

96716ABŞ-ın Missuri əyalətinin Sent-Luis şəhərində qaradərili Mansur Ball-Beyinin polis tərəfindən öldürülməsi yenidən ixişaşların başlamasına səbəb olub.

Yenicag.az xəbər verir ki, polis etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib. İxtişaşlarda 9 nəfər həbs edilib.

Şəhərin Bələdiyə rəisinin etirazçılara evlərinə qayıtmaları barədə müraciət etdiyi bildirilir. İxtişaşlarla bağlı açıqlama verən polis öldürülən gəncin silahlı olduğunu iddia edib/

İki polis əməkdaşı axtarış üçün bir evə gedərkən Ball-Beyin qaçmağa başladığını deyən polis rəisi Sam Dotson, gəncin daha sonra silahını polislərə tuşladığını bildirib. Bunu görən polislər gəncə atəş açıblar.
Hadisənin baş verdiyi yer 18 yaşlı Mişel Brounın ağdərili polis tərəfindən vurularaq öldürüldüyü Ferquson qəsəbəsindən 13 km uzaqlıqdadır. Mişel Braun cinayəti 2014 cu ildə ölkədə böyük ixtişaşlara səbəb olmuşdu. Çünki, Mişel Braunun qatili ağ dərili polis Darren yerli məhkəmənin veriyi qərarla bəraət alıb. Bu qərardan sonra ABŞ-ın bir sıra ştatlarında qaradərili vətəndaşlara qarşı təzyiqlərin artması insanların küçələrə çıxması ilə nəticələnib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."