www.sinerjipro.net

SinerjiProWide
Reklam

10-en-0674605b9bc406b7de8282e26d16da49Gülənə qarşı ABŞ-da da münasibət getdikcə, dəyişir. Yenicag.az xəbər verir ki, Amerikanın ən çox satılan qəzeti olan “Usa today” bu barədə maraqlı məqalə dərc edib.

Qəzetin araşdırmasına görə, Gülən Şəbəkəsinə bağlı və illik 30 minlik gəliri olan şəxslər bir sıra ABŞ siyasətçisinə 2500 dollarlıq ianə veriblər. Rəsmi sənədlərdə əksini apan bu ianələri verən şəxslərin bir çoxunun göstərdiyi ünvanlar saxta çıxdı və bu da gülənistlərin saxta isimlərdən istifadə etdiyinə dair şübhələri gücləndirdi.

Qəzetin şübhəli ianələrlə bağlı suallarına cavab verən Cümhuriyyətçi Nyu Hampshire senatoru Kelly Ayottenin ofisi, 30 aprel 2014-cü ildə Gülen Şəbəkəsinə mənsub şəxslərdən qəbul etdikləri 43 min 100 dollar məbləğində pulu geri qaytardıqlarını açıqlayıb. Ayottenin ofisi həmin şəxslərdən ianə qəbul edən Barak Obama və Hillari Klintonu da bu ianələri geri qaytarmağa dəvət etdi.

“Usa today” qəzeti siyasilərə ianə verənlərin Gülənə bağlı məktəblərin müəllimləri olduğunu qeyd etdi.

Həm cümhuriyyətçilərin, həm də demokratların hesabına pul yatıran Gülən Şəbəkəsi üzvləri Texas millət vəkili Henri Cuellara 7 oktyabr 2013-cü ildə 22 min 500 dollar bağışladılar. Amerikalıları şübhələndirən də bir dəfədə bu qədər böyük məbləği siyasilərə hədiyyə edən bu şəxslərin illik maaşı cəmi 37 min dollardır. ABŞ-dakı yaşam şərtləri nəzərə alındıqda, bu qədər az maaşı olan müəllimin siyasilərə niyə bu qədər maliyyə yardımı etməsi şübhələri daha da artırıb.

Millət vəkili Cuellara pul bağışlayan Ortabatı Türk Amerikan Vəqfinin sabiq başqan yardımçısı B.E.-nin illik qazancı 31 min 592 dolar olmasına rağmen, 2010-cu ildə bəri 38 min dollardan çox ianə verdiyi görünməkdədir.

Qəzetin iddiasına görə, Gülən tərəfdarlarının yüzlərlə deputat və senatora yüzminlərlə qeyri-qanuni pul paylayıblar.

Qeyd edək ki, Gülənin ianələrindən imtina ilk deyil və Federal Təhqiqat Bürosu (FBI) da Gülənin fəaliyyətlərindən narahat olduqlarını, lakin Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) bəzi yüksək çinli məmurlarının onu qoruduqlarını bildirib. Eyni zamanda ABŞ-dakı Gülən məktəblərinə qarşı cinayət işi açılıb və yoxlamalar davam edir.

Onu da xatırladaq ki, azərbaycanlı bir sıra məmurlar da dövlətin pullarını bu şəbəkə vasitəsilə senatorlara yedirtməklə məşğuldurlar. Bu barədə yayılan məlumatlarda deyilir ki, Türk Amerikan Alyansı adlandırılan fətullahçı təşkilat vasitəsilə Azərbaycanın pulunu yeyən senatorlar ermənipərəst mövqeləri ilə seçilirlər:

“Faruk Tabanın rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur. Təşkilatın xəzinədarı Rauf Məmmədovdur(Qaynaq:http://www.azadliq.org/content/article/25408935.html). O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Öksüz də mətbuata verdiyi açıqlamada təşkilatın fəaliyyətinin Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir. Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer da deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.

Maraqlıdır ki, azərbaycanlı oliqarxlardan yaxşı pul alan fətullahçılar bir-iki avtobus konqresmenin Azərbaycana səfərini təşkil edib, Vaşinqton və Nyu Yorkda tədbirlər keçirsələr də, həmin şəxslər Azərbaycan və Qarabağ mövzusunda ciddi maarifləndirilimir. Sadəcə, toy müğənnisi kimi önünə qoyulan mətni oxuyur, daha sonra isə Konqressdə həlledici məqamlarda bir çoxu Azərbaycanın və Türkiyənin maraqlarına zidd addımlar atırlar”.

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."