www.sinerjipro.net

SinerjiProWide
Reklam

38099“Türkiyənin kimin toxunulmazlığının olması, bunun hansı vəziyyətlərdə və necə qaldırılması sahəsində köklü demokratik prosedurları mövcuddur”.

Bunu ABŞ Dövlət Departamenti sözçüsünün köməkçisi Mark Toner Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib. O, bəzi millət vəkillərinin toxunulmazlığının qaldırılması üçün Türkiyə Böyük Millət Məclisinə edilən müraciətlə bağlı suala cavab olaraq deyib ki, Türkiyə bunu özü müəyyənləşdirir.

M.Toner PKK terror təşkilatına qarşı İraqın şimalında aparılan əməliyyatlara münasibət bildirərkən, Türkiyənin PKK-nın hücumlarına qarşı özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb: “PKK-nın dərhal şiddəti dayandırması və sülh yolu ilə çözüm prosesinə qayıtması lazımdır. Bildirilməlidir ki, PKK Türkiyədə polis və hərbçilərə silahlı hücum edir. Türkiyə özünü müdafiə etmək hüququna malikdir. PKK hücumları dayandırmalıdır. Türkiyə isə hücumlara qarşı daha adekvat cavab verə bilər”/apa/.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."