!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Türkiyə üçün təcili terror xəbərdarlığı

!Reklam – Yazi

turkiye_terror_2Amerikalı diplomatlar Türkiyədə yaşayan vətəndaşlarına terror təhlükəsi barədə xəbərdarlıq ediblər.

Diplomatlar terror təhlükəsinin mayın 19-da ola biləcəyini qeyd ediblər. Belə ki, həmin gün Türkiyədə gənclər və idman günü, eyni zamanda Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürkün anım günüdür.

ABŞ-ın Ankaradakı səfirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, beynəlxalq teror təşkilatları bundan öncə də açıq şəkildə amerikanlara və digər xarici turistlərə hücum ediblər. “ABŞ səfirliyi mayın 19-da Türkiyədə terror aktlarının mümkünlüyü barədə məlumatlardan xəbərdardır. Qəfil teror aktları ilə bağlı yaranan hadisələr narahatlıq predmeti olaraq qalır. Bununla əlaqədar olaraq səfirlik ABŞ vətəndaşlarına təkidlə məsləhət görür ki, Türkiyəyə səfər edəcəkləri təqdirdə maksimum ehtiyat tərbirləri görsünlər”, -deyə bəyanatda bildirilir.

ABŞ səfirliyi öz vətəndaşlarını mayın 22-də Ankarada hakim partiyanın növbədənkənar qurultayının keçiriləcəyi vaxt da ehtiyatlı olmağa çağırıb. “Vətəndaşlar gərək qurultayın keçirilməsi ilə bağlı KİV-lərdə gedən tədbirlər, hadisələr və nümayişlər barədə xəbərləri izləsinlər. Hətta dinc nümayişlər belə zorakılıq aksiyasına çevrilə bilər”, – deyə diplomatlar bildiriblər.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv