www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin tanınmış yazarı Ferhat Ünlü ABŞ-ın FETÖ terror şəbəkəsi ilə qurduğu rabitə və təlimatlara işıq salıb.

Yeniçağ.Az Ferhat Ünlünün “Sabah” qəzetində dərc olunmuş “ABŞ-FETÖ marşrutunun gizlinləri” adlı həmin yazısını təqdim edir.

İl: 2013. 17-25 dekabr məhkəmə çevrilişi cəhdindən əvvəl. ABŞ-ın Ankaradakı səfirliyinin əməkdaşı (adı Devid Conson), bir qapıçının (ad-soyadının baş hərfləri O. V.) xanımının adına olan telefon nömrəsi ilə əlaqə saxlayır. Həmin telefon nömrəsi əslində, Kozanlı Ömer kod adı ilə tanınan FETÖ-nun hüquq-mühafizə və ədliyyə orqanlarındakı imamı Osman Hilmi Özdil tərəfindən istifadə olunan “ehtiyat xətt”dir.

Bu müəmmalı görüşün məzmunu məlum deyil. Bilinən bir şey var ki, o da ABŞ missiyasının FETÖ imamları ilə belə sirli danışıqlar üçün alışıb-yanmasıdır. İctimaiyyyətin maraqla gözlədiyi “Akıncı ittihamnaməsinə görə, ABŞ-ın İstanbuldakı Baş konsulluğundan bir nəfər iyulun 21-i saat 10:22-də FETÖ imamı Adil Öksüzə zəng edib.
Halkbank-ın baş direktor müavininin fitilinin Türkiyədə FETÖ tərəfindən yandırıldığı qondarma bir istintaqın okeanın o tayında davam etdirilməsi nəticəsində həbs olunması ilə üzə çıxan bu həqiqət ABŞ-ı təlaşa salıb. ABŞ-ın İstanbuldakı Baş konsulluğu bu marşrutun HTS qeydlərindən silinməsi ilə bağlı bir açıqlama verərək, Öksüzlə “Vizasının ləğv edildiyini xəbər vermək üçün danışdıq”, – dedilər.

Öksüzün saxlanılan zaman “Tarlaya baxmağa gəlmişdim” kimi gülünc bir səbəb göstərərək, sərbəst buraxıldığını düşündükdə, Konsulluğun “Viza” açıqlaması təəccüb doğurmamalıdır. Ancaq belə rəsmi açıqlamalar ABŞ-la FETÖ arasındakı uzunmüddətli və sistemli əlaqəni izah etmək üçün yetərli deyil.

Bu əlaqələr 2007-ci ildən bu günə qədər – 10 illik müddətdə yüksək səviyyəyə çatdırılmaqla sabit saxlanılıb. Məsələn, 2009-cu ildə FETÖ-çu bir polisin ABŞ səfirliyində “Ergenekon” brifinqi təşkil etdiyini bilirik.
Bu məlumat Ankara Cümhuriyyət Baş Prokurorluğu Konstitusiya Quruluşuna Qarşı Cinayət İstintaqı Bürosunun hazırladığı FETÖ ittihamnaməsində yer alıb. Ayrıca “Wikileaks”in açıqladığı ifşaedici sənədlərdə ABŞ-dan olan siyasi müşavir Daniel Oqredinin imzası ilə Vaşinqtonda təşkil olunan kriptobrifinqlərdən də bəhs edilirdi. 2008-ci il noyabrın 24-də və 2009-cu il iyunun 2-də həmin kriptolarda Türkiyə polislərinin ABŞ səfirliyində “Ergenekon” brifinqi keçirtdikləri bildirilirdi. Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsini məlumatlandırmadan keçirilən o brifinqlər (onların məlumatı olsa belə, bununla bağlı ancaq Xarici İşlər Nazirliyinin münasibət bildirməsi mümkün idi) mübaliğəsiz olaraq, bir casusluq fəaliyyəti sayılır.

O brifinqi keçirən şəxs Polis Kəşfiyyat Şöbəsinin Beynəlxalq Münasibətlər Bölməsinin keçmiş müdiri Ufuk Gürsoy Yavuz olub. Bir qırmızı “ByLock” istifadəçisi olan və cib telefonundan 2014-cü ilin dekabrından sonra 2015-ci il ərzində cib telefonundan “ByLock”la 117 dəfə əlaqə saxladığı Yavuz hazırda “fərari”dir. Yavuzun brifinq keçirtmək üçün təlimat aldığı Osman Hilmi Özdil də 2014-cü ildən bəri ölkə xaricindədir – hətta Tayvana da gedib çıxıb. ABŞ səfirliyi və konsulluqlarının FETÖ ilə sıx təmasları var. 17-25 dekabr ittihamnamələrində FETÖ-çularla Baş konsulluq xətləri arasında telefon danışıqları günbəgün, saatbasaat göstərilib:

“0 505 240… nömrənin istifadəçisi Mehmet Akif Ünerin’in M. A. ABŞ Baş konsulluğunun (STU150-13-C-3005) adına qeydiyyatda olan 532 635 .. .. nömrə ilə 4 dəfə əlaqə saxladığı, 03.12.2013 tarixində zəng etdiyi və 477 saniyə danışdığı, 03.12.2013 tarixində mesaj göndərdiyi, 03.12.2013 tarixində zəng vurduğu və 107 saniyə danışdığı, 03.12.2013 tarixinde zəng edərək, 206 saniyə danışdığı müəyyən edilib”.

Həmin ittihamnamədə Mahir Çakallı, Mehmet Fatih Yiğit və çox sayda digər FETÖ-çuların ABŞ Baş konsulluğu ilə telefon danışıqlarının tarixi və müddəti də əks olunub.

Adil Öksüzün izi ilə…

Adil Öksüz adı kəşfiyyata ilk dəfə 2015-ci ilin yayında çatdırıldı. Dövlətə də məlumat verən keçmiş imam FETÖ-nun Adil Öksüz adında mühüm bir imamının olduğunu söylədi və Öksüzün bir pasport şəklini verdi. Bu məlumata görə, Adil Öksüz FETÖ-nun Hərbi-Hava Qüvvələrindəki imamı idi və Sakarya Universitetinin İlahiyyat Fakültəsində dərs deyirdi. Bundan sonra xüsusi kəşfiyyat qrupu olaraq, Sakaryaya getdik və Adil Öksüzü axtardıq. Universitet yataqxanasında tələbələrlə görüşdük. Tələbələr onun adını eşitdiklərini, ancaq heç vaxt görmədiklərini bildirdilər. Lazım olan vaxtda istədiyimiz nəticəni ala bilmədiyimiz üçün araşdırmanı dayandırdıq və başda Mustafa Özcan olmaqla digər imamların axtarışına çıxdıq.

Öksüzün nə qədər vacib fiqur olduğu 15 iyul çevriliş cəhdindən sonra üzə çıxdı. Prokurorluğu müəyyən etdiyinə görə, çevriliş təşəbbüsünün “beyin”lərindən biri olaraq, “ByLock” istifadəçisidir. Akıncı ittihamnaməsində 2-ci əsas şübhəli kimi göstərilən Adil Öksüzün 2014-cü il avqustun 19-da telefonuna “ByLock” proqramını yüklədiyi və istifadə etdiyi müəyyənləşib.

İttihamnamədəki məlumata əsasən, Adil Öksüzün telefonunun son siqnal verdiyi ərazilər bunlardır:

2016-cı il iyulun18-i Esenboğa Hava limanındakı, saat 09:27-də isə Sabiha Gökçen Hava limanındakı bəzi stansiyalarda olub.

Həmin gün saat 11:10 və 22:48-də İstanbulun Üsküdar səmtində, 23:47-də İstanbulun Atatürk Məhəlləsində cib telefonunun baza xidmətindən istifadə etdikdən sonra ertəsi gün 12:43-də Sakaryanın Akyazı səmtində yenə telefonunun baza xidmətindən yararlanıb.

Adil Öksüzlə bağlı ortaya çıxan vacib məlumatlardan biri də 15 iyuldan sonra ABŞ-a bilet almasıdır. İyulun son günlərinə alınan o bilet ikitərəflidir və avqustun 15-də geri dönüş nəzərdə tutulub. Deməli, Adil Öksüz qaçmaq fikrində olmayıb və çevrilişdən əvvəl olduğu kimi, ABŞ-a yenə də tez-tez gedib-gəlməyi planlaşdırırmış (Onun ABŞ-a son səyahəti 2016-cı il iyulun 11-13-də baş tutub. Bu səyahətin detallarını 2017-ci il yanvarın 1-də dərc olunan “Üç meymunçu beş imam” adlı köşə yazımda göstərmişəm). Bu, mühüm epizoddur. Çünki aldığı bilet “one way ticket” (biristiqamətli) olsaydı, başqa imamlar kimi onun da qaçdığı düşünüləcəkdi. Böyük ehtimalla, o günlərdə FETÖ daxilində çevriliş cəhdinin hələ də uğurla nəticələnəcəyinə bir inam vardı. “Amerikanın uşaqları”, yəni FETÖ, CIA jarqonu ilə desək, “bacarsa”, Adil Öksüz Türkiyəyə qayıdacaqdı. Uğursuzluq variantında isə geri qayıdış bileti “yanacaqdı”.

Şübhəsiz, Adil Öksüz 15 iyul çevriliş cəhdinin ən müəmmalı fiqurudur. Onunla bağlı bütün sualların cavabı ancaq onun tutulub, normal mühakimə olunacağı təqdirdə dəqiq bilinəcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 93
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."