yenicag.az
yenicag.az

ABŞ Güləni Kanadaya yola salır? – Şərhlər

ABŞ Güləni Kanadaya yola salır? – Şərhlər

Müəllif: Redaktor

Editor

 

fethullah-gulen-hocaefendiden-musibetlere-karsi-dua-175  minədək Amerika vətəndaşı Fətullah Gülənin Türkiyəyə ekstradisya olunması ilə bağlı keçirilən petisiyaya imza atıb.

Bu fonda artıq gözləmək olarmı ki, nəhayət Vaşinqton Güləni Türkiyəyə təhvil versin?

elshenmustafayevesasPolitoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın Gülənin ekstradisiyasına gedəcəyi inandırıcı görünmür. Amma onun ikinci bir kənar ölkəyə göndərilməsi mümkündür: “İndiki durumda Gülənin hər hansı bir ekstradisiyasından söhbət gedə bilməz. ABŞ Dövlət Departamentinin sözçüsü açıq şəkildə Gülənin ekstradisiyası ilə bağlı Türkiyədən rəsmi sənədləri istəyib. Bu rəsmi sənədlərdə də ancaq məhkəmənin qərarı olmalıdır. Çünki hər bir insanı ittiham etmək hansısa bir fərdin deyil, ancaq məhkəmənin qərarı ilə ola bilər, o da ancaq sübutlar əsasında. Məlumdur ki, hazırda ABŞ dünyaya hökm edən ən birinci dövlətdir.  Bu mənada onlar sözsüz ki, Gülənə bağlı olanların gücünü də Gülənin fəaliyyətini də bilir. 1997-ci ildən bu günə qədər Gülən ABŞ-da qorunaraq yaşayırsa, onun Türkiyəyə təhvil verilmə proseduru elə də asan məsələ olmayacaq. Burada məsələ tamamilə ayrı istiqamətlərə dönə bilər. Az  inandırıcı olsa da, uzağı, son anda Gülən ikinci bir dövlətə göndərilə bilər. Məsələn, Kanadaya göndərilə biləcəyi bagil alesger 1arədə söhbət gedirdi. Bu ölkə ilə Kanada arasında ekstradisiya haqqında hər hansı bir müqavilə yoxdur. Digər tərəfdən, hər hansı təhvilvermə məsələsinin olacağına inanmıram. Bütün hallarda  hər şey cərəyan edən proseslərin gedişində məlum olacaq. Ona görə də düşünürəm ki, indiki mərhələdə Gülənin ekstradisiya məsələsi baş tutmayacaq”.

“Terrorun gülən üzü” kitabının yazarı Aqil Ələsgər də hesab edir ki, ABŞ-ın Güləni təhvil verməsi çox da inandırıcı deyil: “Doğrudur, hazırda ABŞ-da bəzi qruplar Gülənə görə, Türkiyəni itirməmək tərəfdarıdırlar. Bu səbəbdən də hesab edirlər ki, Gülən terror törətdiyi ölkəyə təhvil verilməlidir. Fəqət Graham Fuller kimi CIA-cılar düşünürlər ki, Gülənin istifadə limiti bitməyib. Bu səbəbdən də media vasitəsi ilə ABŞ rəhbərliyinə açıq mesaj ötürürlər ki, FETÖ liderini təhvil vermək olmaz. Bu səbəbdən mən də Kanada variantını istisna etmirəm”.

ELÇİN

Gündəm, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti