www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ İranın dəstəklədiyi Hizbullah təşkilatının iki komandirinin ələ keçirilməsinə kömək edəcək şəxslərə mükafat verəcəyini bildirib.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib. Məlumatda deyilir ki, “Ədalət üçün Mükafat Proqramı” çərçivəsində Hizbullah təşkilatının komandiri Təlal Hamiyənin tutulmasına kömək edən şəxsə 7 milyon dollar, Fuad Şükür üçün isə 5 milyon dollar mükafat veriləcək.

Açıqlamada qruplaşmanın iki üzvü barədə bu ifadələrə yer verilib:
“Təlal Hamiyə, Hizbullahın xaricdəki gizli özəklərinin rəhbəridir. O, Livandan kənardakı terror aktlarını planlaşdıran və həyata keçirən məsul şəxsdir.

Fuad Şükür uzun illərdir Hizbullahın başçısı Həsən Nəsrallahın hərbi sahədə məsləhət aldığı ən ali səviyyəli müşaviridir. O, 23 oktyabr 1983-cü ildə Beyrutda- Livanda təşkil olunmuş və 241 ABŞ hərbçisinin ölümünə səbəb olmuş bombardmanın həyata keçirilməsində əhəmiyyətli rol oynayıb.”

“Ədalət üçün Mükafat Proqramı” terror siyahısının ilk sıralarında yer tutan Əl Qaidə lideri Eymən Zəvahiri və İŞİD lideri Əbubəkr Bağdadinin tutulmasına kömək edəcək şəxsə isə 25 milyon dollar mükafat vəd edib.

Qeyd edək ki, ABŞ Hizbullahı 1997-ci ildən etibarən terror təşkilatları siyahısına daxil edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1807
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."