ABŞ-ın neft ixracı OPEC-in bəzi üzvlərinin gündəlik hasilatını ötəcək

Müəllif: resul

Editor

ABŞ-ın neft ixracı OPEC üzvü olan bəzi ölkələrin gündəlik neft hasilatını üstələyə bilər.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin neft sektorunda mövcud olan məhdudiyyətləri aradan qaldırsa ixracın həcmi daha da arta bilər.

“Bloomberg” agentliyi tərəfindən analitiklər arasında aparılan sorğuya görə, ABŞ-ın 2017-ci ildə gündəlik neft hasilatı 800 min bareli ötə bilər. Bu isə Liviya, Qətər, Ekvador və Qabonun dekabr ayında gündəlik məcmu neft hasilatından çoxdur.

Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında ABŞ-ın orta günlük neft ixracı 527 min barel təşkil edib. Bir çox ekspertin fikrincə, ABŞ-ın neft hasilatı heç kimin gözləmədiyi yüksək səviyyələrə çata bilər.

Qeyd edək ki, ABŞ prezidenti şist neft-qaz hasilatında kəskin artımın baş tutacağını, nəticədə bu sektorda yeni iş yerlərinin və investisiyaların artacağını gözlədiyini bildirib.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir