www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son günlər dünya mediasında ABŞ-ın Suriya ərazisində 5 aviabaza inşası həyata keçirtdiyi və bundan sonra Türkiyənin İncirlik bazasından imtina edəcəyi ilə bağlı iddialar səslənməkdədir. Görəsən, həqiqətənmi Ağ Ev İncirlik hərbi bazasından imtina edəcək?

Politoloq Elşən Mustafayev Yeniçağ.az-a açıqlamasında Vaşinqtonun İncirlik bazasından imtina etməyəcəyinə əmin olduğunu bildirdi:

“Bildiyiniz kimi İncirlik bazası Türkiyənin ərazisində yerləşir. Hansı ki, Türkiyə də NATO üzvüdür. Özü də qurumun aparıcı dövlətlərindən biridir. Onu da qeyd edim ki, İncirlik hərbi bazasının Türkiyədə yerləşməsi təhlükəsizlik baxımından ilk növbədə məhz Ankaranın marağında olub. İkincisi, hazırda Türkiyə digər hərbi blokun üzvü deyil ki, NATO-dan İncirlikdəki hərbi bazanı boşaltmağı tələb etsin. ABŞ-ın da yaxın gələcək üçün həmin bazadan imtina edəcəyi gözlənilmir. Çünki hazırda həmin ərazidə qalmaq Vaşinqtonun da maraqlarına cavab verir. Regionun sabit və strateji nöqtəsi olan Türkiyədəki hərbi bazadan ABŞ-ın imtina edəcəyi inandırıcı görünmür. Düzdür, zaman-zaman Türkiyədə bu bazadan imtina məsələləri səslənib. Fətullah Gülənin ölkədə çevrilişə cəhd etməsi fonunda bəzi Türkiyə rəsmiləri İncirliyin də bağlanması məsələsini gündəmə gətirdilər. Deməli, ancaq Türkiyə təkid edəcəyi təqdirdə, Ağ Ev sözügedən bazadan imtina edə bilər. Belədə isə ABŞ regiondakı əsas bazasından qətiyyən imtina etməz. Çünki İncirlik bazası Yaxın Şərq problemlərinin həllində kifayət qədər rolu olan bir bazadır. Ona görə də sözügedən bəyanat ancaq hansısa bir siyasi məqsədə xidmət edir və yaxın gələcəkdə də elə bəyanat olaraq qalacaq”.

Politoloq Elşən Manafov da ABŞ-ın İncirlikdəki hərbi bazadan imtina edəcəyini düşünmür:

“Düzdür, son zamanlara qədər keçən ilin iyul hadisələrinə görə Ankara ilə Vaşinqton arasında müəyyən problemlər yaşandı. Nəticədə, Türkiyə tərəfdən ABŞ-a olan etimad əhəmiyyətli dərəcədə zəiflədi. Əvəzində Ankaranın Moskva ilə münasibətləri yaxşılaşdı ki, bu da ABŞ-ı narahat etməyə bilməzdi. Bununla belə ABŞ dövlət katibi Tillersonun Türkiyəyə olan səfəri gedişində əldə olunan razılıqlar və Pentaqonun Suriya hərbi hava bazasına raket zərbəsi endirməsini Ankaranın alqışlaması belə bir fikir səsləndirməyə əsas verir ki, Vaşinqton Çankaya Köşkü ilə Moskva arasında münasibətlərdə yenidən hər hansı bir çatın yaranmasına ümid edir. Türkiyə və İncirlik hərbi bazası ABŞ və NATO üçün kifayət qədər əhəmiyyətli bölgədə yerləşir. İncirlik NATO-nun cənub flanqının qorunması baxımından bu gün də mühüm rol oynamaqda davam edir. Keçən ilki hadisə fonunda İncirlikdən nüvə başlıqlı raketlərin Rumıniyada yerləşdiriləcəyilə bağlı fikirlər də səslənməyə başladı. Lakin göründüyü kimi İncirlik yenə də ABŞ üçün mühüm baza olaraq qalmaqdadır. Həmçinin sözügedən bazanın mövcudluğu Ankara üçün də lazımlıdır. Ona görə də Türkiyənin özü də İncirliyin bağlanması kimi maraqlarına cavab verməyən bu addımı atmaz”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."