!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İrana rəsmi xəbərdarlıq edib

!Reklam – Yazi

Birləşmiş Ştatlar İranın ballistik raket sınağını pisləyir, bu hərəkətlərin regionda təhlükəsizlik və stabilliyi pozduğunu hesab edir və bununla əlaqədar İslam Respublikasına rəsmi xəbərdarlıq edir.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn deyib.

“Biz rəsmi olaraq İrana xəbərdarlıq edirik… İran ABŞ və onun müttəfiqlərinə qarşı təhdidləri davam etdirir. Birləşmiş Ştatlar İranın Yaxın Şərq dövlətlərinin təhlükəsizliyi, stabilliyi və çiçəklənməsinə əngəl olan bu kimi hərəkətlərini pisləyir”, – deyə o bildirib.

Yeniçağ.Az

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv