!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İraq və Suriyada əməliyyat xərclərini artırmaq niyyətindədir

!Reklam – Yazi

ABŞ administrasiyası Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) büdcə layihəsini Konqresə təqdim edib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, layihə İraq və Suriyada əməliyyat xərclərinin artırılmasını, Əfqanıstanda isə azaldılmasını nəzərdə tutur.

Sənədə əsasən, “Sarsılmaz qətiyyət” əməliyyatına (Inherent Resolve) və onunla əlaqəli digər əməliyyatlara 13 mlrd. dollar vəsait ayırmaq planlaşdırılır. Bu ötən ilin müvafiq göstəricindən 1,1 mlrd. dollar çoxdur. Qeyd edək ki, İŞİD-ə qarşı “Sarsılmaz qətiyyət” əməliyyatı ABŞ və müttəfiqləri tərəfindən 2014-cü ildən İraq və Suriya ərazilərində aparılır.

Bununla belə, ABŞ İŞİD-lə mübarizə fonduna bundan sonra vəsait ayırmayacaq (cari ildə 2 mlrd. dollar ayrılmışdı).

ABŞ-ın Əfqanıstanda İŞİD və Taliban hərəkatına qarşı 2015-ci ildən apardığı “Azadlığın keşikçisi” (Freedom’s Sentinel) əməliyyatına 45,9 mlrd. dollar ayırmaq planlaşdırılıb. Cari ildə bu göstərici 46,2 mlrd. dollar təşkil edir.

Konqresin hər iki palatası sənədi dəstəklədikdən sonra imzalanması üçün ABŞ prezidentinə təqdim ediləcək.

Yenicag.Az

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv