!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İŞİD-i Qafqaza yönəldir? - Türkiyə-Rusiya yaxınlaşmasına qarşı yeni plan

!Reklam – Yazi

Türkiyə ilə Rusiya arasında əlaqələrin genişlənməsinə mane olmaq üçün ABŞ-ın “İŞİD kartı”nı yenidən işə salmağa hazırlaşdığı bildirilir.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ bu məqsədlə İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin Suriyada vuruşan minlərlə döyüşçüsünü Gürcüstan üzərindən Qafqaz regionuna göndərməyi planlaşdırır.

Məlumata görə, ABŞ Suriyadan çıxartmağa hazırlaşdığı İŞİD terrorçularını Gürcüstanın məşhur Pankisi dərəsində yerləşdirməyi düşünür.

Qeyd olunur ki, Gürcüstanda yerləşdiriləcəkləri ehtimal edilən terrorçular Cənubi Qafqazda və Rusiyada müxtəlif diversiyalar, o cümlədən, kamikadze hücumları həyata keçirəcəklər.

Mənbənin yazdığına görə, Özbəkistanın Qırğızıstan və Tacikistanla sərhədində yerləşın Fərqanə vadisində qərarlaşan İŞİD yaraqlıları o ərazilərdə çox sərbəst hərəkət edirlər və bir dəfə də olsun, hava hücumuna məruz qalmayıblar. Əlavə edilir ki, ABŞ Fərqanə vadisində olduğu kimi, Pankisi dərəsində yerləşdiriləcək İŞİD-çilərin mühafizəsini öz üzərinə götürəcək.

ABŞ-ın İŞİD-i Qafqaza yönəltməsini və onun təxribatlarını dünya ictimai rəyində “Çeçenlərin müstəqillik mübarizəsi” kimi təqdim edəcəyi vurğulanır. Bundan başqa, Ağ Evin İŞİD-dən Əfqanıstanda “Taliban”a qarşı da istifadə etdiyi xatırladılır.

Ancaq ABŞ-ın Türkiyə-Rusiya yaxınlaşmasını əngəlləmək üçün İŞİD-i dövriyyəyə buraxaraq, onsuz da gərginlik içində olan Qafqaz regionunda yeni “ocaq” yaratmağa hazırlaşdığı haqda xəbərlər skeptik reaksiya doğurur.

Mövzu barəsində Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, indiki vəziyyətdə ABŞ-ın İŞİD-i Qafqaza yönləndirəcəyi və Gürcüstanın terrorçulara öz ərazisində yerləşməyə imkan verəcəyi inandırıcı deyil:

Elxan Şahinoğlu

“Bəli, həqiqətən də İŞİD terroruna qarşı mübarizə genişlənməkdədir. İŞİD artıq Suriyada da ağır məğlubiyyətə məruz qalıb. Qeyd edilməlidir ki, İŞİD-in bu məğlubiyyətində Rusiya-Türkiyə-İran əməkdaşlığının böyük rolu olub.

O baxımdan, Suriyada məğlub olan İŞİD terrorçuları yəqin ki, özlərinə yeni məkanlar axtarmaqdadırlar. Lakin ABŞ-ın İŞİD terrorçularına dəstək verəcəyini, onları regionda yerləşdirəcəyini düşünmürəm.

Eyni zamanda, Gürcüstanın da İŞİD-in Pankisi dərəsində yerləşdirilməsinə razılıq verəcəyi inandırıcı deyil. Gürcüstan vaxtilə çeçenlərə belə bir imkan yaratmışdı. Ancaq bir qədər sonra həmin çeçenlər Gürcüstanın özünə ciddi problem yaratmağa başlamışdılar. Bu günlərdə Tiflisdə çeçen qruplaşmasının zərərsizləşdirilməsi də deyilən ehtimalın reallıq dərəcəsini müəyyənləşdirməyə imkan verir.

Bu və başqa məqamlar Gürcüstanın belə təhlükəli oyuna getməyəcəyini söyləməyə əsas verir”.

A. Zeynalov

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv