ABŞ kəşfiyyatı Madonnanı araşdırmağa başlayıb

Müəllif: Redaktor

Editor

ABŞ-ın xüsusi xidmət orqanları müğənni Madonna haqqında araşdırmalara başlayıb.

Bu barədə gizli xidmətin adı açıqlanmayan sözçüsü məlumat yayıb.

Sözçü bildirib ki, buna səbəb müğənninin Ağ Evi partlatmaq istəyi ilə bağlı səsləndirdiyi fikirlərdir.

O, məsələ ilə bağlı son qərarın prokurorluq tərəfindən veriləcəyini bildirib.

Qeyd edək ki, Madonna bir müddət əvvəl prezident Donald Tramp əleyhinə təşkil edilən “Qadınların yürüşü”ndə çıxışı zamanı Ağ Evi partlatmaq istədiyini bildirib.

Bundan əlavə, ifaçı canlı yayımda Trampın ünvanına söyüşlər də söyüb.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir