!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-la Rusiya arasında artan gərginlik: "Əsəb müharibəsi" nə qədər davam edəcək?

!Reklam – Yazi

Son zamanlar Suriya səmasında ABŞ-ın müəyyən dərəcədə fəallaşdığı hiss olunur. Belə ki, ABŞ hərbi hava qüvvələri bir müddət öncə Əsəd rejiminə məxsus hərbi hava bazasını darmadağın etmişdi.

Bu günlərdə isə ABŞ təyyarələri Azad Suriya Ordusu qüvvələrinə havadan zərbə endirmək istəyən Dəməşqə məxsus hərbi təyyarəni vurublar. Hansı ki bu insident Moskvada kəskin narazılıqla qarşılanıb. Buna cavab olaraq, Kreml bəyan edib ki, bundan sonra Suriya hərbi hava qüvvələrinə məxsus təyyarələri Rusiyadan olan uçaqlar müşayiət edəcək.Və ABŞ başda olmaqla koalisiya tərəfindən Əsəd qüvvələrinə qarşı hansısa bir zərbə olarsa bu, Moskvaya zərbə kimi dəyərləndirilərək, dərhal məhv ediləcəkdir. Bu fonda görünən odur ki, Suriya ətrafında Vaşinqtonla Moskva arasında gərginlik artmaqdadır. Görəsən, bu gərginlik sonda Suriya səmasında iki super-güc arasında açıq qarşıdurma müstəvisinə keçə bilərmi? Belə bir təhlükənin başvermə ehtimalı nə qədər realdır?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Yenicag.az-a açıqlamasında bildirdi ki, Moskva ilə Vaşinqtonun Suriyada gərginləşən münasibətlərinə rəğmən, bunun onlar arasında açıq qarşıdurmaya keçəcəyinə inanmır:

“ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsi uzun müddətdir müxtəlif beynəlxalq məsələlərə münasibətdə onlar arasında gedən münasibətlərin nəticəsidir. Bilirsiniz ki, təkcə Suriyada deyil, müxtəlif istiqamətlərdə də Vaşinqtonla Moskva arasında gərginlik var. Amma soyuq müharibə dövründən görmüşük ki, ABŞ-la Rusiya arasında olan gərginlik heç bir halda açıq qarşıdurma müstəvisinə keçmir. Sadəcə olaraq, müəyyən həddə qədər irəliləyir. Soyuq müharibə dövründə, 1962-ci ildə Kuba böhranı zamanı o zamankı sovetlər birliyilə də ABŞ arasında kəskin qarşıdurmalar oldu. Yuqoslaviya ərazisində də kəskin ixtilaflar baş verdi. Kosovoya NATO-nun müdaxiləsi zamanı Rusiya hərbi qüvvələri Priştina aeroportuna daha tez çatmağa çalışırdı. Hətta bu zaman növbəti Dünya müharibəsinin başlana biləcəyini proqnoz edənlər də vardı. Amma bu, real deyil.

Tarix göstərir ki, ABŞ-la Rusiya açıq qarşıdurma və hərbi münaqişəyə getmirlər. Suriya məsələsində bu iki dövlət arasında gərginlik artsa da, burada da onların açıq toqquşmaya gedəcəyi gözlənilmir. Çünki bu, baş verərsə, onun miqyası, nəticəsi daha fərqli və dəhşətli ola bilər. Hər iki dövlət Suriyada da bir-birinin ayağını birbaşa tapdalamadan digərinin mövqeyinə zərər yetirməyə çalışır. Yəni Moskva ilə Vaşinqton arasında Suriyadakı mübarizə sanki üçüncü qüvvələr vasitəsilə, yalnız onlara zərər vurmaqla aparılan bir mübarizədir. Burada ABŞ-ın dəstəklədiyi qüvvə Rusiyaya, Rusiya da başqa qüvvə vasitəsilə ABŞ-a, ya da Vaşinqtonun dəstəklədiyi gücün mövqelərinə zərər vurmağa çalışır. Yəni bu iki ölkə açıq hərbi qarşıdurmaya getməkdənsə, vasitəçilərdən istifadə etmək tendensiyasına üstünlük verirlər. Elə həmin tendensiya da davam edəcək”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv