Yazı İçi 468×60

nato_rusiya_abshNatiq Miri: “Suriyada Qərblə Rusiya arasında hərbi toqquşmanın olması ehtimalı böyükdür, amma ABŞ-da növbəti prezident xanım Klinton seçilərsə…”

Amerikanın “Stratfor” analitik mərkəzi ilin sonu üçün Suriyada ABŞ və Rusiya arasında hərbi toqquşmanın ola biləcəyini proqnoz edib.

“Bu ilin dördüncü rübündə toqquşma ehtimalı artacaq – nəzərə alsaq ki, Vaşinqton Suriyada sünni könüllüləri gücləndirir və bununla da Moskva ilə dialoq siyasətini prioritet olmaqdan məhrum edir. Situasiyaya həm də Türkiyə kimi, başqa regional oyunçular da təsir edir” – qurumun analitikləri vurğulayıb.

İki güc mərkəzi arasında Suriya məsələsində belə bir toqquşmanın baş verməsi görəsən nə dərəcədə realdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən politoloq Natiq Mirinin fikrincə, sözügedən hərbi toqquşmanın baş vermə ehtimalı xanım Klinton ABŞ prezidenti seçiləcəyi təqdirdə daha real xarakter alacaq: “Bilirsiniz ki, belə bir təhlükəli vəziyyət ABŞ-la Rusiya arasında mövcud olan razılaşmanın pozulmasından sonra yarandı. Söhbət Hələb şəhərində müxalifət adına mülkü şəxslərin və humanitar obyektlərin bombalanmasından gedir. Hansı ki, bu da dünya ictimaiyyətində ciddi narazılıq yaradıb. Arxasınca Moskva ABŞ-la Rusiya arasında plutonium müqaviləsini dayandırdı. Daha sonra konkret tələblər qoydu ki, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar fonunda ona dəyən zərəri Rusiyaya ödəməsələr, Kreml bu müqaviləni birdəfəlik ləğv edəcək. Bu cür ultimativ xarakterli tələblər təbii ki, Qərb dünyasını da düşünməyə vadar etdi. Hələb şəhərinin indiki şəraitdə tamamilə Rusiya və Suriya ordusunun nəzarətinə keçməsi ABŞ-ın maraqları kontekstində deyil. Çünki Hələb strateji baxımdan önəm kəsb edən ikinci bir şəhərdir. Bu şəhəri əldə edən siyasi və psixoloji üstünlüyü də əldə etmiş olacaq. Bunu da ABŞ anlayır. Natiq Miri ile ilgili görsel sonucuOna görə də həmin şəhərə Əsəd ordusu ilə birlikdə Rusiya bombardmanları dayanmır. Belədə Vaşinqton qərara gəldi ki, bu yöndə Moskva ilə danışıqların aparılması əbəsdir. Obama bu günlərdə Suriyada yaranan situasiyanı Təhlükəsizlik Şurasında ciddi müzakirə obyektinə çıxaracaq ki, bundan sonra da ABŞ-ın konkret addımlarının nədən ibarət olacağı bəlli olacaq. Bu zaman hərbi müdaxilə də gündəmə gələ bilər. Ancaq düşünürəm ki, Obama adminstrasiyasının getməyə hazırlaşdığı bir məqamda onun belə bir strateji qərar verəcəyi mümkünsüzdür. Çünki indiyə qədər vəziyyətin belə kritik həddə gəlməsinin yeganə səbəbi Obama adminstrasiyasının dişsiz və cəsarətsiz siyasəti olub. Ona görə də düşünürəm ki, getmək ərəfəsində Obama belə bir qərar verməyəcək. Doğrudur təhlükə çox böyükdür. Bu fonda həmçinin Almaniya, İngiltərə, Fransa da Rusiyaya ciddi təzyiq etmək fikrindədir. Bu da onu göstərir ki, Qərblə Rusiya arasında hərbi toqquşmanın olması ehtimalı böyükdür. Amma ABŞ-da növbəti prezidentin, bu vəzifəyə xanım Klinton seçilərsə, dövründə qarşıdurma ehtimalının gerkəçləşməsi daha böyük olacaq, nəinki indi”.

ELÇİN

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."