!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ müdafiə nazirindən xəbərdarlıq: “Bu savaşın sonu fəlakət olacaq”

!Reklam – Yazi

ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Şimali Koreyanın Quama hazırladığı raket hücumuna dair açıqlama verib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, “nüvə savaşında nə qədər insan həyatını itirə bilər?” sualını cavablandıran Mattis bunun sonunun fəlakət olacağını bildirib:

“Mənim vəzifəm orduda lazımi qədər əsgərə sahib olmaqdır. Lakin, hazırda xarici işlər naziri Reks Tillersonun və ABŞ-ın BMT-dəki daimi səfiri Nikki Haleyin səylərinin məsələnin diplomatik yolla həlli istiqamətinə yönəldiyini görmək mümkündür. Diplomatik nəticələr əldə edilir. Bu savaşın nəticələri bəllidir. Bunun fəlakət olacağını söyləmək olar. Başqa təsvirə ehtiyac yoxdur”.

Mattis Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Şimali Koreyaya tətbiq olunacaq iqtisadi sanksiyaların əhəmiyyətini də vurğulayıb:

“Bu sanksiyalar çox ciddidir. Sizə bunların təsadüf olmadığını demək istəyirəm. Bu, Tramp hökumətinin təhtidləri diqqətdə saxladığını və istənilən hədə-qorxunu diplomatik yolla necə həll etdiyini göstərir”.

Bununla belə, Mattis hücum olacağı təqdirdə, ABŞ tərəfinin atacağı addımlar barədə heç bir məlumat vermək istəməyib:

“Hücuma qarşılıq olaraq hansı addımları atacağımızı düşmənə açıqlamayacağam”.

Yenicag.az

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv