yenicag.az
yenicag.az

ABŞ prezidenti Rusiyadan Krımı Ukraynaya qaytarmağı gözləyir

ABŞ prezidenti Rusiyadan Krımı Ukraynaya qaytarmağı gözləyir

Müəllif: resul

Editor

ABŞ Rusiyanın Krımı Ukraynaya qaytaracağını və Donbasda gərginliyin azaldılması üçün tədbir görəcəyini gözləyir.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu brifinqdə ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Şon Spayser deyib.

“Donald Tramp açıq şəkildə işarə etdi ki, Rusiya hökumətindən Ukraynada zorakılığa son qoymağı və Krımın qaytarılması üzrə addım atmağı gözləyir. Eyni zamanda, prezident Rusiya ilə dostluq şəraitində yaşamaq istəyir”, – deyə Spayser bildirib.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti