www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ-ın Yaxın Şərqdə kürd dövləti yaratmaq niyyətinin 4 ölkənin müqaviməti ilə üzləşəcəyi bildirilir.

Bunu Yeniçağ.Ru-ya açıqlama verən Suriyalı hərbi ekspert, istefada olan zabit Əyham Əbdül Rəhman deyib:

“Son vaxtlar Suriyada vəziyyət Astana danışıqlarının fonunda gərginləşib. Suriyadakı terrorçuları dəstəkləyən dövlətlər ölkədə sabitliyin yaranmasında və terrorçuluq məqsədi ilə yaradılmış silahlı qruplaşmaların məhv edilməsində maraqlı deyillər”.

Rəhmanın sözlərinə görə, Astanada Suriya danışıqlarının 2-ci mərhələsi başladıqda, körfəz ölkələri öz terrorçu qruplaşmalarına atəşkəsi pozmaq əmri verdilər və onlar nizamlama prosesini pozmaq üçün Dəməşq yaxınlığındakı Quta və Hama şəhərlərinə hücuma keçdilər:

“Bu hücumların qarşısı alındı və Suriya ordusu iki istiqamətdə əks hücuma keçdi. Qutada 1000-dən artıq terrorçu məhv edildi, Kabun və Cobarada bir neçə kvartal azad olundu. Bu vəziyyət Hama bölgəsinin şimalında da təkrarlandı və orada da strateji əhəmiyyətə malik təqribən 10 yaşayış məntəqəsi terrorçulardan təmizləndi. Ordu İdlibə qədər irəlilədi və orada möhkəmləndi”.

ABŞ-ın kürdləri dəstəkləməsinə toxunan Rəhman bildirib ki, Suriya rəhbərliyinin hazırda kürdlərlə bağlı narahatlığı yoxdur:

“ABŞ regionda sabitliyi pozmaq üçün hər zaman bəhanə axtarır və bu məqsədlə kürd amilindən dəfələrlə istifadə edib. ABŞ-ın bu məsələni öz məntiqi nəticəsinə çatdırmaq imkanı yoxdur. Çünki ABŞ-ın Yaxın Şərqdə kürd dövləti yaratmaq niyyəti 4 ölkənin – Türkiyə, İran, İraq və Suriya – müqaviməti ilə üzləşəcək. Məncə, ABŞ-ın yeni rəhbərliyinin belə bir planı yoxdur. Lakin ABŞ öz məqsədləri naminə regionda yeni gərginlik ocağı yaratmağa və ondan faydalanmağa cəhd edə bilər – onlar buna həmişə hazırdır”.

ABŞ-la İran arasında mümkün toqquşma haqqında danışan Rəhman bildirib ki, hazırda Suriyada İranın nizami ordu birləşmələri deyil, hərbi müşavirləri və iranyönlü könüllüləri var. O, Suriyadakı böhranın tam aradan qaldırılması üçün ölkədəki bütün terrorçu qruplaşmaların məhv edilməli olduğunu deyib:

“Müxalifət təmsilçiləri özlərini ağıllı göstərməyə çalışsalar da, əslində, qalstuklu terrorçulardırlar. Lakin biz onların vasitəsilə müxalifətin sahibləri Qərb və körfəz ölkələri ilə danışıqlar aparırıq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."