www.sinerjipro.net

SinerjiProWide
Reklam

usazerbaihadaadABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsumunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər.

Konsul ərizə paketini nəzərdən keçirəndən sonra qərar qəbul edəcək. Konsulun əlavə sualları olmadan viza 5 gün ərzində götürmək üçün hazır ola bilər. Əgər konsulun ərizə ilə bağlı hər-hansı sualı olsa ərizəçi ilə əlaqə saxlanılıb səfirlikdə müsahibə təşkil olunacaq.

ABŞ-n Bakıdakı səfirliyi Müsahibəsiz Güzəştli Viza Proqramı həyata keçirməklə ABŞ vizasını təzələmək istəyən Azərbaycan vətəndaşlarının viza ərizə prosesini daha tez və rahat şəkildə keçirilməsinə çalışır.

Onlayn şəkildə viza ilə bağlı görüşü planlaşdırarkən Müsahibəsiz Güzəştli Viza Proqramında iştirak etmək məqsədi ilə təcrübənizi araşdırmaq üçün sizdən bir sıra suallar soruşacaqlar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."