!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində müqavilələr imzalayıb

!Reklam – Yazi

ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində 110 milyard dollar məbləğində müqavilələr imzalayıb.

Yenicag.Az-ın “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonun iştirakı ilə baş tutub. Ağ evin nümayəndəsi Sara Sanders qeyd edib ki, hərbi satışlar üzrə təqribən 110 milyard dollar həcmində sənədlər imzalanıb.

Onun sözlərinə görə, bu müqavilələr ABŞ və Səudiyyə Ərəbistanının təhlükəsizlik sahəsində əməkdaşlığını xeyli genişləndirəcək və sabitliyə xidmət edəcək: “Müqavilələr, həmçinin Səudiyyənin bütün region üzrə antiterror əməliyyatlarında iştirak imkanını artıracaq və bununla da hazırda bu əməliyyatların keçirilməsində ABŞ hərbçilərinin üzərinə düşən yükü azaldacaq”.

Nümayəndə əlavə edib ki, müqavilələr ABŞ-da on minlərlə iş yerinin açılmasına kömək edəcək. S. Sanders diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanına ABŞ silahının satılması yaxın 10 ildə 350 milyard dollara çata bilər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı hərbi xərclər üzrə dünyada ABŞ və Çindən sonra üçüncü yerdə gedir.

Yenicag.Az

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv