Yazı İçi 468×60

abssuriyaiki“Suriya məsələsi hər hansı bir dövlətin xeyrinə deyil. Bu qərar Suriya xalqının taleyini həll edəcək bir qərardır. Təki Suriya xalqı azad, demokratik və müharibəsiz bir şəraitdə yaşasın”.

Bu sözləri Yeniçağ.Az-a Türkiyə və Rusiyanın Suriyada atəşkəsin əldə olunması barədə ümumi razılığa gəlməsini şərh edərkən millət vəkili Araz Əlizadə deyib.

Millət vəkili bildirir ki, tərəflərin danışığında ayrı-ayrı məsələlər də var:

“Əgər Suriya müxalifətini Amerika yerindən tərpətməsə, qızışdırmasa, pul və silah verməsə, orada dinclik bərqərar olar. Çünki Suriya çox sakit bir ölkə olub. Suriyaya axın edənlərin hamısı kənardan gəlmiş bir inqilab, hərəkat və Afrikadan olan ərəb tör-töküntüləri idi. Məqsəd Amerikanın pulundan istifadə etməkdir. Barak Obamanın da Bəşər Əsəddən xoşu gəlmədiyi üçün Suriya xalqını bədbəxt etdi”.

Suriya məsləsində heç bir tərəf xeyir güdməməlidir:

İlgili resim“Bütün tərəflər ancaq Suriya xalqının xoşbəxtliyini düşünməlidir. Son dövrədək Türkiyənin mövqeyi ABŞ-ın mövqeyi idi, ancaq artıq elə deyil. Rusiya məsələyə Bəşər Əsədin xahişindən sonra qarışdı ki, Suriyanın dağılmasının qarşısını alsın. Əsəd Suriyanın qanuni prezidentidir. ABŞ və onun tulaları qanuni prezidenti qeyri-qanuni yollarla devirmək fikrində idilər. Ona görə də Suriya xalqı Əsədin qurbanı oldu və oranı viran qoydular. Əldə olunan razılıq Suriyanın xeyrinədir. Çünki Suriya xalqı heç vaxt müharibə istəməyib. Onları müharibəyə sürükləyənlərin Allah evini yıxsın”.

Düşünürəm ki, Tramp Obamadan daha ağıllıdır:

“O, Hillari Klintonun təhriki ilə Obama administrasiyasının etdiyi səhvlərə yol verməyəcək. Bir sakit ölkəni xaraba qoymaq ən böyük cinayətdir. Suriya dinc, başını aşağı salıb, normal həyat sürən bir ölkə idi. Liviya çiçəklənən, Misir çox irəli getmiş bir dövlət, Yəmən isə çox kasıb bir ölkə idi. Bunların hamısını dağıdıb, viran qoydular. Hillari Klintonun ən böyük arzusu da bu idi ki, özünün demokratik xülyasını həyata keçirtsin və ona da nail oldu. Hər hansı bir ölkənin taleyinə kənardan müdaxilələr olursa, həmin dövlət viran qalır.

Qeyd edək ki, Türkiyə və Rusiya Suriyada atəşkəsin əldə olunması barədə ümumi razılığa gəliblər. Hər iki ölkə arasında Suriyadakı bütün tərəflərə təqdim olunacaq atəşkəs şərtləri barədə razılıq əldə olunub.

Xatırladaq ki, dünən Ankarada Türkiyə, Rusiya və suriyalı müxaliflərin iştirakı ilə Astana zirvəsinə hazırlıq məqsədilə yığıncaq keçirildi.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."