!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Suriya, Rusiya və İranı hərbi cinayətdə ittiham etdi

!Reklam – Yazi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriya hökümətini, həmçinin Rusiya və İranı Şərqi Hələbin terrorçulardan azad edilməsi zamanı hərbi cinayətlərə yol verməsində ittiham edib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən məlumatına görə, müvafiq bəyanatla Heyli Nyu-Yorkda Beynəlxalq münasibətlər üzrə Şuranın iclasında çıxış edib.

“Əsəd (Suriya prezidenti Bəşər Əsəd) rejimi Rusiya və İranla birgə Şərqi Hələbdə istisnasız bütün xəstəxanaları məhv edib. İki yüz əlli min insan zərər çəkib. Bu hərbi cinayətdir. Bildiyiniz kimi, Suriya hökumət qüvvələri xəstəxanalar da daxil olmaqla, müntəzəm olaraq mülki infrastruktura zərbələr endirib”, – diplomat deyib.

N.Heyli həmçinin Avropada miqrant böhranına görə məsuliyyəti Əsəd rejiminin üzərinə qoyub.

Yeniçağ.Az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv