ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxır

Müəllif: resul

Editor

ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzalayıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını və müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu.

Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi Sakit okean ölkələrinin payına düşür.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir