Yazı İçi 468×60

ABŞ prezidenti Donald Tramp türkiyəlı həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Vaşinqtonun terrorizmə qarşı mübarizədə Ankaraya bundan sonra da hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edib.

Bildiyimiz kimi, son dövrlər, daha doğrusu, əvvəlki prezident Barak Obama zamanında, Vaşinqtonla Ankara arasında münasibətlər, birincinin NATO üzrə müttəfiqi Türkiyənin daxili işlərinə qarışması, qardaş ölkədə həyata keçirilən çevrilişə dolayısı ilə dəstək verməsi və Pensilvaniyada gizlənən baş terrorçu Güləni təhvil verməkdən imtina etməsi fonunda xeyli dərəcədə korlanıb.

İndi isə Tramp bəyan edir ki, Ankaraya terrora qarşı mübarizədə hərtərəfli dəstək olacaq. Trampın sözügedən açıqlaması fonunda görəsən, Vaşinqtonun Ankaraya qarşı münasibətinin yaxşılığa doğru dəyişəcəyini gözləmək olarmı? Bu açıqlama terrorçu Gülənin ekstradisiyası məsələsinin nəhayət ki, həllinə də rəvac verə biləcəkmi?

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Yeniçağ.az-a açıqlamasında Tramp tərəfindən səslənən bu bəyanatın iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində real nəticə verəcəyinə inanmadığını bildirdi:

Elşən Mustafayev ile ilgili görsel sonucu“Hətta Trampın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi olsa da belə, bilirsiniz ki, ABŞ sistemli idarə olunan bir dövlətdir. Orada hər hansı dövlətə qarşı münasibət bir nəfərin istəyi və yaxud kaprizlərinə görə nə formalaşmır, nə də dəyişmir. ABŞ dövlətinin idarə olunmasında iştirak edən kifayət qədər ciddi institutlar, füqurlar, görünən və görünməyən güclər var. Bu fonda da ABŞ-ın Türkiyəyə qarşı münasibətinin 10 il əvvəlki səviyyəyə qayıdacağının perspektivlərini hələlik, görmürəm. Ona görə də Trampın bu kimi bəyanatları əməli işə keçməyənə qədər dəqiq bir şey demək çətindir. Son 20-25 ildə ABŞ rəhbərliyində belə bir situasiyanın şahidi olmamışam. Təsəvvür edin ki, bu ölkədə prezidentin verdiyi qərara əməl olunmur. Tramp Avstraliya baş naziri ilə danışdığı yerdə telefonun dəstəyini atır. Türkiyə ilə bağlı da ABŞ tərəfindən müxtəlif bəyanatlar verilib və veriləcək. Bunlar sadəcə, ümumi şüarlardır. Ortada isə fəaliyətin real addımları hiss olunmur. Amma münasibətlərin bərpası iki ölkənin razılığa gələ biləcəyi ortaq nöqtənin müəyyənləşməsindən sonra mümkün olacaq. Fətullah Gülən dəstəsinə gəldikdə, Türkiyə haqlı olaraq, onu terror təşkilatı sayır. Lakin ABŞ hələlik, bu barədə əks mövqe tutub. Bütün hallarda ümid edək ki, qarşılıqlı münasibətlərdə tənzimləmələrlə 10 il əvvəlki münasibətlərin bərpası mümkün olacaq”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."