!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Türkiyəyə hərbi qüvvə göndərəcək

!Reklam – Yazi

siaphoto_509215ABŞ prezidenti Barak Obama Türkiyənin İncirlik Hərbi Hava Bazasına “A-10” və “F-15” tipli hərbi təyyarələrin göndərilməsi haqda əmr verib. SİA-nın  verdiyi məlumata görə, ABŞ İŞİD-ə qarşı hərbi hava əməliyyatlarına qoşulması üçün Türkiyənin İncirlik Hərbi Hava Bazasına “A-10” və “F-15” tipli hərbi təyyarələrin göndərilməsi qərarına gəlib.

ABŞ ordusunun şəxsi qüvvətlərinə aid  50-yə yaxın əsgər İŞİD-lə mübarizəyə dəstək olmaq üçün Suriyanın şimalına göndərilib.

Barak Obama artıq hərbi təyyarələrin göndərilməsi ilə bağlı qərarı təsdiqləyib.

Obama İŞİD-lə mübarizə ilə bağlı bir çox qərar imzalayıb. Bu qərarlardan birinə əsasən ABŞ-ın xüsusi hərəkat birliyinə məxsus 50-yə yaxın hərbi məsləhətçisi İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə kömək etmək və hərbi təlim keçmək məqsədilə Suriyanın şimalına göndəriləcək.

Hazırda İraq ərazisinə əsgərlərə hərbi təlim keçmək üçün və ABŞ təsisatlarını qorumaq üçün 3 300 hərbi əsgər var.

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv