www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ və Səudiyyə Ərəbistanının Qüdslə bağlı planlarının detalları məlum olub: Qüds İsrailin, Əbu-Dis isə Fələstinin paytaxtı olacaq, fələstinlilərin geriyə qayıdış haqları əllərindən alınacaq.

ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşnerin başçılığı ilə həyata keçirilən plan barədə İsrailin “Jerusalem Post” qəzetində məqalə yayımlanıb. Məlumata görə, ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq, bunun müqabilində isə Fələstin dövlətinin paytaxtı Qüdsün yaxınlığında yerləşən Əbu-Dis şəhəri olacaq. Bu planı oktyabrın sonunda Riyada gizlin səfər edən Kuşner Məhəmməd bin Salmanla razılaşdırıb.

İddiaya görə, Kuşnerin planını təsdiqləyən vəliəhd, Fələstin prezidenti Mahmud Abbasla görüşərək, onu razı salmağa çalışıb. Riyadda keçirilən görüş zamanı vəliəhd Mahmud Abbasın qarşısına iki seçim qoyub: “Ya planı qəbul et, ya da istefa ver”.

Səudiyyə Ərəbistanı və Fələstin hökumətləri planın Abbas-Məhəmməd görüşündə gündəmə gətirildiyini rədd etsə də, ərəb dünyasında bununla bağlı fikirlər mövcuddur.

Fələstin mənbələrində isə bildirilir ki, Donald Tramp Mahmud Abbasla telefon danışığı zamanı bu planı dilə gətirmişdi. Tramp Abbasla danışdıqdan sonra İordaniya kralı Abdullah və İsrailin baş naziri Benyamin Netanyahuya da zəng edib. İordaniyadan verilən məlumata görə, kral Abdulla BMT çərçivəsində qəbul olunmayan qanunların beynəlxalq sabitliyi pozacağını bildirib. Tramp-Netanyahu görüşündən sonra açıqlama verən İsrail rabitə və kəşfiyyat naziri Yisrael Katz da Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını aylar əvvəl söyləmişdi.

İslam əleyhinə yönəlmiş bu iyrənc plana əsasən, fələstinlilər 1948-ci ildən sonra zorla qovulduqları torpaqlara geri qayıtmaq imkanından məhrum olurlar. Beləliklə, səudiyyəlilər və amerikanlar fələstinliləri küncə sıxışdıraraq, Fələstini dünyadan təcrid olunmuş əraziyə çevirirlər.

Qeyd edək ki, İslam dünyası əleyhinə yönəlmiş bu plana qarşı ilk etiraz səsini ucaldanlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Türkiyə prezidenti İsrail paytaxtının Qüdsə köçürüləcəyi təqdirdə, yəhudi dövləti ilə diplomatik münasibətləri kəsəcəyini bəyan etdi.
Yaxın Şərq regionunda cərəyan edən proseslər fonunda susqun qalan ərəb dövlətləri İslam dünyası üçün müqəddəs olan Qüdsün əhəmiyyətini “unudaraq” bu barədə səslərini çıxartmırlar. Özlərini karlığa və korluğa vuran ərəb ölkələri hətta İslam Peyğəmbərinin Qüdslə bağlı hədislərini də nəzərə almırlar.

O baxımdan, hələ ki siyasi meydanda yalnız Türkiyə İslam dünyasını məhv etməyə çalışan qlobal sionist lobbisi, ABŞ, Qərb dövlətləri və İsraillə mübarizə aparmaqdadır.
Ərdoğanın məlum bəyanatından sonra Səudiyyənin kral sarayından ehtiyatlı mövqe sərgiləndi və İsrail paytaxtının Qüdsə köçürülməsinin Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyi bildirildi. İordaniya kralının dəftərxanası isə yalnız qısa press-reliz yayaraq, bu məsələnin “yolverilməz” olduğunu bəyan etdi.
Ərəb qardaşlarının bu susqunluğu fonunda Fələstin xalqı sionistlərin təzyiqləri altında qalaraq məhv edilir, fələstinlilərin evləri dağıdılır, özləri isə doğma torpaqlarında qaçqına çevrilirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1568
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."