Yazı İçi 468×60

absh1ABŞ hökuməti Türkiyədə yaşayan amerikalı hərbçilərin və diplomatların ailələrini ölkə ərazisini tərk etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “France Presse” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Piter Kuka istinadən məlumat yayıb. ABŞ onlara xərcləri ilə bağlı kompensasiya ödəyəcəyini də bildirib.

Pentaqon Adana şəhəri yaxınlığındakı “İncirlik” hərbi bazasında və ABŞ-ın Adanadakı Baş Konsulluğunda 900 nəfər Amerika vətəndaşının yaşadığını bildirib. Onlara İŞİD-lə mübarizənin güclənməsi fonunda könüllü şəkildə Türkiyəni tərk etmələri təklif olunur. Piter Kuk təklifin hər hansı yeni insidentlə bağlı olmadığını söyləyib: “Adanadakı konsulluq adi rejimdə fəaliyyət göstərməkdə davam edəcək. Bu addım əlavə təhlükəsizlik tədbirləri üçün təklif edilir. Aydındır ki, bizim əməliyyatlardan sonra “İncirlik” bazasında çox şey dəyişib”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."