www.sinerjipro.net

SinerjiProWide
Reklam

xocali-soyqirimi1Fikrət Sadıxov: “Xocalı soyqırımının tanınması üzrə aparılan proses dinamik və ardıcıl şəkildə davam etsə…”

ABŞ-ın Montana ştatı da Xocalı soyqırımını tanıdığı barədə qərar qəbul edib. Beləliklə, bununla ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatdı. Bu isə o deməkdir ki, artıq ölkə ərazisinin 40 faizi sözügedən hadisəni rəsmi  olaraq soyqırım kimi tanıyıb. Bu fonda aparılan işlər sonda Xocalı soyqırımının ABŞ Konqresinin özü tərəfindən də tanınmasına gətirib çıxara bilərmi?

Yenicag.az-a açıqlamasında politoloq Fikrət Sadıxov ştatların ardınca, Konqresin də Xocalı soyqırımını tanımaq istiqamətində addım atacağı günün yetişəcəyini istisna etmədi: “Niyə də olmasın. Xocalı soyqırımının tanımması üzrə aparılan proses dinamik və ardıcıl şəkildə davam etsə, ABŞ ştatlarının əksəriyyəti həmin hadisəni soyqırım kimi tanısa, məcburiyyət qarşısında qalaraq Konqres də anoloji addım atacaq. Əksər ştatların həmin soyqırımı tanıması ilə belə çıxacaq ki, Amerika seçicilərinin çoxu bu sənədi təsdiqləyir, Xocalı hadisəsini soyqırım kimi tanıyırlar. Bunlar da Azərbaycanın maraqlarına cavab verən müsbət addımlardır. Mexaniki şəkildə bəlkə də Konqres onu qəbul etməyəcək, amma onun qəbulu üçün artıq əsaslar da kifayət qədər olacaq. Bununla bağlı həm də diplomatik, diaspora və digər ictimai xadimlərin xəttilə daha ciddi addımlar atmalıyıq. Ona görə də Xocalı soytqırımının Konqres tərəfindən qəbul ediləcəyini də istisna etmək olmaz”.

Elçin

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."