!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda doğuş zamanı əkizlər öldü, ana komaya düşdü - FOTO+VİDEO  

!Reklam – Yazi

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

“Report”un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv