yenicag.az
yenicag.az

Abşeronda oğurluq edən narkomanlar həbs edildi – Fotolar

Abşeronda oğurluq edən narkomanlar həbs edildi – Fotolar

Müəllif: Redaktor

Editor

saxlanildiAbşeron rayon polis idarəsinin əməkdaşları Fatmayi qəsəbə sakini 55 yaşlı Firuz Mikayılov, Ağdam rayon sakini 43 yaşlı Şahin Nəsirov, Laçın rayon sakini 40 yaşlı Bəhruz Behbudovu Fatmai bağlar massisivində bağ evlarindən birini qarət etmə və qanunsuz olaraq narkotik maddə əldə etmə və saxlama əməllərində şübhəli bilinərək saxlanılıblar.

Fatmai qəsəbəsində ərazini gəzən sahə müvəkkili avtomobillərin ehityat hissələrinin satışı ilə məşqul olan dükana daxil olub. İçəridə əvəllər məhkum olunmuş Firuz Mikayılovun başqa bir adama televizor satmasını görüb. Sahə müvəkkili yaxınlaşıb televizorun sahibini soruşanda məslənin əsil mahiyyəti üzü çıxıb.

Əməliyyatçılar tərəfindən Mehdiabad polis bölməsinə gətirilən Firuzla Bəhruzun üzərindən heroin də aşkarlanıb. Dindirmələr zamanı Bəhruz Behbudov televizoru Fatmai qəsəbəsindəki bağ evlarindən birindən apardığını boynuna alıb.

Polis əməkdaşları Ağdam rayon sakini 43 yaşlı Şahin İbrahim oğlu Nəsirovun gözətçilik etdiyi bağ evinə gələndə oğurluq malların qalan hissəsi oradan tapılıb. Şahin İbrahimov polis əməkdaşlarını oğurluq malların nəzarət etdiyi bağ evinə onun xəbəri olmadan gətirildiyini deyib.Hər 3 şəxs əvvəllər məhkum olunub. Faktla bağlı Cinayət işi başlanıb, araşdırmalar davam edir.

Yeniçağ.Az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti