yenicag.az
yenicag.az

Abşeronda qanunsuz “kupça” bazarı – Saxtakarların başındakı isimin cinayətləri açıqlandı

Abşeronda qanunsuz “kupça” bazarı – Saxtakarların başındakı isimin cinayətləri açıqlandı

Müəllif: Baş Redaktor

Baş Redaktor

1447074006_zzZaman-zaman mətbuat Abşeron rayonunda baş alıb gedən qanunsuzluqlarla bağlı məlumatlar yayımlayır. Lakin bu rayona “rəhbərlik” edən İradə Gülməmmədova belə hələ ki, bu qanunsuzluqların qarşısını almaqda aciz görünür.

Əslində Abşeronda rayonu de-fakto idarə edən keçmiş icra başçısı Zakir Fərəcovun qoyduğu “köhnə qanunlar” yenə də işləməkdə davam edir. Çünki İcra Hakimiyyətinin əsas idarəedici şəxsləri – icra başçısı daxil olmaqla bütünlüklə Zakir Fərəcova “biət” edənlərdir.

Bu gün Abşeron İcra Hakimiyyətində əsas “biətçi”lərdən biri isə icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovdur. Bu həmin Fuad Cəbrayılovdur ki, vaxtı ilə Abşeronda Dövlət Resyter Xidmətində şöbə müdiri müavini işləyirdi. Əslən Salyan rayonundan olan Fuad Cəbrayılov Dövlət Resyter Xidmətinin Abşeron şöbəsində müdir müavini işlədiyi dövrdə yüzlərcə saxta sənədlər düzələdərək vətəndaşlara qanunsuz “kupça” verilməsi əməliyyatına rəhbərlik edib.

Başçı müavinin keçmişi ilə bağlı saytımızı bilgiləndirən informasiya mənbəmiz qeyd edir ki, Fuad Cəbraylov Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində işlədiyi dövrdə şöbənin müdiri Vidadi müəllimin xəstəliyindən istifadə edərək çoxlu sayda qanunsuz işlər görüb. Onun gördüyü əsas qanunsuz işlərdən biri Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməsi və yetkinlik yaşına çatmnayanlara belə “kupça” verilməsi işlərinin olduğu deyilir. Həmin vaxtlar Fuad Cəbrayılov qanunsuz sənədlərdən külli midarda pullar əldə edərək Abşeronda xeyli sayda obyekti ələ keçirib.

Məlumata görə, Reyster Xidmətinin Abşeron şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəszilik Nazirliyi də qarışıb. Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyster Xidmətinin Abşeron şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılovunda həbs edilib. Lakin Fuad Cəbrayılov qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.

İddaya görə, Fuad Cəbrayılov azadlığa çıxaması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsi ilə külli miqdarda rüşvət verib. Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuzluların ortaya çıxaması və MTN-nin əməliyyat keçirməsindən sonra şöbə müdiri Vidadi müəllimin qovulduğunu bildirən mənbəmiz qeyd edir ki, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlayıb. Amma Arif Qaraşov Dövlət Reyster Xidməti rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.

Bir müddət qaynatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonrada məhz qaynatasının köməkliyi ilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir. Qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov DYP-də vaxtı ilə tabor komandiri olub və onun oğlu Zaur Cəfərov bir vaxtlar Səbael Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Keçən il daxili işlər naziri Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə bir ilin təxminən 190 günün xarici ölkələrdə keçirməsi və əksər hallarda rəhbərliyə məlumat verməməsi olub.

Onuda qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır. Məhz Fuad Cəbraylov qaynatasının qohumluğu sayəsində uzun müddət xidmətin Abşeron şöbəsində işləyib. Abşeron İcra Hakimiyyətində bir müddət baş məsləhətçi işləyən Fuad Cəbraylov sonradan Zakir Fərəcov tərəindən indiki icra başçısı İradə Gülməmmədovanın yerinə – icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

İradə Gülməmmədova Abşeron icra başçısı təyin edildikdən sonra rayonda bir çox işlərə – xüsusən təmir-tikinti sahəsini Fuad Cəbrayılov idarə etməyə başlayıb. Başçı müavinin bütün təlimatını Sumqayıtın icra başçısı Zakir Fərəcovdan aldığını və ayda iki dəfə Sumqayıta gedərək Zakir Fərəcova hesabat verdiyi deyilir. Görünür Zakir Fərəcov İradə Gülməmmədovanı daim nəzarətdə saxlamaq üçün məhz onun ətrafını Fuad Cəbrayılov kimi “biətçi”lərlə doldurub.

Bu gün Abşeron rayonda tikinti işləri aparmaq istəyən hər kəs mütləq şəkildə Fuad Cəbrayılovun dəstəsinin hesabını verməlidir. Həftədə 3 dəfə Abşeron İcra Hakimiyyətində Fuad Cəbrayılovun dəstəsi onunla iclas keçirərək gündəlik hesabatlarını təqdim edirlər. Cəbrayılovun dəstəsindəki şəxslərin hamısı demək olar NİVA markalı avtomobillər sürürlər. Rayonda daha böyük tikintinin icazəsini isə Fuad Cəbrayılovun özü ilə görüşməklə yoluna qoymaq olur. Çünki Zakir Fərəcov və İradə Gülməmmədova bütün bu işlərin nəzarətini məhz başçı müavininə tapşırıblar. İcra Hakimiyyətindəki mənbəmiz bildirir ki, Fuad Cəbrayılov vəzifəsindən və ona verilən səlahiyətindən istifadə edərək Abşeron rayonun müxtəlif yerlərində özünə yeni obyekt yerləri almaqda davam edir.

Mənbə bildirir ki, hazırda Abşeron rayonunda bir mərtəbəli evin tikintisi üçün icazənin qiyməti  5, 2 mərtəbəli evin tikintisi üçün isə 10 min manatdır. Bu vəsaitlər isə Fuad Cəbrayılovun dəstəsi tərəfindən yığılır. Həmin dəstəyə Elmir adlı şəxs rəhbərlik edir. Mənbəmiz Elmirin vaxtı ilə Fuad Cəbrayılovun Reyster Xidməti şöbəsində sürücüsü və ən yaxın adamlarından biri olduğunu qeyd edir. Bu həmin Elmirdi ki, vaxtı ilə Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuz kupçaların və digər sənədlərin, çıxarışların verilməsini “vasitəçi” rolunda yoluna qoyurdu. Bu gün isə o yenə də vasitəçi rolunu davam etdirir. Amma bu dəfə Abşeron İcra Hakimiyyətində.

Deyilənə görə, İcra Hakimiyyətinin Abşeron Memarlıq və Tikinti şöbəsində Elmir üçün xsusi bir otaq ayrılıb. İcra Hakimiyyətinə tikinti üçün gələn vətəndaşlarla məhz bu otaqda danışıldığı və bazarlığın edildiyi bildirilir. Rayon ərazisində tikintti işlərinə nəzarət edən dəstənin yığıncaqlarının Elmirin “otağında” olduğu deyilir.

 

Mövzu diqqətimizdədir.

 

Cəmiyyət, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti