Yazı İçi 468×60

hacibala-300x203Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti (BŞTXD) alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsini, eləcə də qurumun səlahiyyətinə aid olan yoxlamaları dayandırıb.

Bu barədə məlumatı a qurumun mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov verib.
Ə. Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərmanına əsasən alkoqollu içkələrə və tütün məhsullarının satışına lisenziyanın verilməsi ASAN xidmət tərəfindən icra ediləcək.
Xatırladaq ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən ASAN xidmət mərkəzlərində verilməsi nəzərdə tutulub. Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."