Ads by Google

hightechnic
Ads by Google

87603_t5no46xmdnTürkiyədə hərbi çevriliş cəhdinə qarşı mitinqlər davam edir.

Sənət və idman dünyasının məşhurları bu dəfə prezident Rəcəb Tayyip Ərdoğanın evinin yerləşdiyi Üsküdar Kısıklı küçəsinə yığışıblar. Onlar burada “darbe”yə etirazlarını bildirən camaata dəstəkçi olublar.

Türkiyə futbol yığmasının kapitanı Arda Turan şəhidlərə Allahdan rəhmət diləyərək “Biz nə qədər uca millətik. Siz hamımızın qəhrəmansınız, həqiqi qəhrəmanlar sizsiniz. Bu ölkənin demokratiyasına sahib çıxdınız. Mənim millətimə yaraşan elə budur” deyib.

Telekanal rəhbəri Acun İlıcalı isə “Həyatımız boyu qəhrəmanlıq dastanları eşitdik, oxuduq, amma bunları bu qədər içdən yaşayacağımız ağlıma gəlməzdi. Bu qəhrəman mübarizədə şəhid olanlara Allah rəhmət eləsin. Dik durmasıyla hamımıza örnək olan və liderliyini göstərən prezidentimizə təşəkkür edirəm” şəklində fikrini ifadə edib.

Meydanda olan müğənni Hadisə də hərbi qiyamı pisləyib:

“Burada möhtəşəm mənzərə var. Vətənimiz üçün özünü fəda edən bütün şəhidlərimizə rəhmət diləyirəm… Çətin dövrlər keçiririk. Biz güclü toplumun övladlarıyıq. Prezidentimizə bizi qoruduğu və sevdiyi üçün təşəkkür edirəm”.

Aktyorlar Hakan Ural Murat Yıldırım, müğənni Fettah Can da gecənin dəstəkçiləri arasında olublar və nitq spyləyiblər.(axşam)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.